Elxan Əliyevin idarəçilik fəaliyyəti: Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi
Polis polkovniki Əhməd Cəlilov Kanal S-də: “Polis adını uca tutmaq mənim həyat amalım olub”
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
İsmayıl Zalov Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hüquqşünası Təyin Olundu
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
Xalqın sağlamlığı keşiyində dayanan baş həkimin dilindən Qalib Liderə Dərin Ehtiram
Mərhəmət Lələyevdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Çingiz Mahmudovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin hörmət və ad günü təbriki
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Fərid Faiqoğludan Prezident cənab İlham Əliyevə ad günü münasibətilə səmimi təbrik
"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma
2024-cü il IV rüb maliyyə hesabatı açıqlanan "Premium Bank"ın gəlir və xərclərində bir sıra mənfi tendensiyalar müşahidə olunub. Xüsusilə, qeyri-faiz gəlirlərində, bankın aktivlərində, nağd pul vəsaitlərində və biznes kreditlərində azalmalar, ümumi xərclərdə və artım qeydə alınıb.
Valyuta.Az bankın açıqlanan maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin IV rübü üzrə bankın qeyri-faiz gəlirləri 17 mln. 413 min manata düşüb. Halbuki bu rəqəm əvvəlki ilin müvafiq dövründə 17 mln. 837 min manat təşkil edib.
Alınan haqq və komissiya gəliri də də azalma qeydə alınıb. Belə ki, sözügedən bölmə üzrə gəlirlər, əvvəlki ilin müvafiq dövründə qeydə alınan 13 mln. 843 min manatdan 13 mln. 098 min manata düşüb.
Bankın ödədiyi mənfəət vergisində də dəyişiklik qeydə alınıb. Belə ki, 2023-cü ildə 2 mln. 075 min manat olan mənfəət vergisi, 2024-cü ildə 2 mln. 697 min manata yüksəlib.
Bankın IV rübdə faiz gəlirlərində də azalma qeydə alınıb. Belə ki, sözügedən dövrdə faiz gəlirləri 31 mln. 775 min manat təşkil edib ki, bu da əvvəlki ilin müfaviq dövründə qeydə alınan göstəricidən aşağıdır.
Banklar və digər maliyyə institutlarından depozitlər üzrə faiz gəlirləri də 3 mln. 682 min manatdan 2 mln. 223 min manata enib.
Bankın faiz xərclərində də artım müşahidə olunub. 2024-cü ildə 11 mln. 240 min manata yüksələn faiz xərcləri 2023-cü ilin müvafiq dövründə 10 mln. 695 min manat olub.
Bankın aktivlərində də 40 mln. manatdan çox azalma qeydə alınıb. Belə ki, 2024-cü ilin IV rübündə bankın aktivləri 640 mln. 892 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45 mln. manata yaxın azalma deməkdir. Qeyd edək ki, 2023-cü ilin IV rübündə bankın aktivləri 685 mln. 116 min manat təşkil edib.
Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərində böyük ölçüdə azalma qeydə alınıb. Belə ki, 2023-cü ilin IV rübündə 207 mln. 879 min manat olan bu vəsaitlər 2024-cü ilin IV rübündə 165 mln. 302 min manata düşüb.
Müştərilərə verilmiş biznes kreditlərində isə azalma 30 mln. manatı ötüb. 2023-cü ilin IV rübündə müştərilərə verilən biznes kreditləri 385 mln. 638 min manat təşkil etdiyi halda, 2024-cü ilin IV rübündə bu rəqəm 350 mln. 138 min manat olub.
Onu da qeyd edək ki, bank sözügedən dövrü 9 mln. 684 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, 2023-cü ilin IV rübündə bu rəqəm 7 mln. 453 min manat olub.























































