Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Norm” ASC-nin 2023-cü il üzrə maliyyə göstəriciləri yüksəlib
“Norm” ASC 2023-ci ilin audit olunmuş maliyyə nəticələrinə dair hesabatı bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib.
Belə ki, “Norm” ASC-də satış gəliri 11% artaraq 226 milyon AZN təşkil edib, ümumi gəlir isə 21,1% artaraq 109 milyon AZN-yə çatıb.
Əməliyyat mənfəəti 8,1 milyon manat, yəni 14,6% artaraq 63,5 milyon manata, vergidən əvvəlki mənfəəti isə 31% artaraq 66,8 milyon manata çatıb.
“Norm” ASC-nin Baş Maliyyə Direktoru Elvin Mirzəyev bildirib ki, şirkət 2023-cü ildə fəaliyyətini uğurla davam etdirib və həm gəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub.
O, həmçinin qeyd edib ki, şirkət ötən il yüksək məbləğdə - 14 milyon AZN-dən çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyən müəssələrindən biri olub.
Şirkətin Baş İcraçı Direktoru Henning Sasse “Norm” ASC-nin sement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunu vurğulayıb: “Biz hal-hazırda tikinti materialları seqmentində genişlənməyi hədəfləyirik və beynəlxalq konsultantlarla bu layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanır.
Həmçinin, şirkətimiz bu il Azərbaycan Sement İstehsalçıları Assosiyasının üzvləri ilə “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub. Assosiasiya üzvləri və Avropa Sement Tədqiqatı Akademiyası (ECRA) ilə birlikdə Azərbaycanın sement və beton sənayesində karbon emissiyalarının azaldılmasına dair Xalis Sıfır Yol Xəritəsinin hazırlanması istiqamətində aktiv işləyirik. Hədəfimiz Yol Xəritəsini yekunlaşdırıb, COP29 tədbirində ictimaiyyətə təqdim etməkdir”.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.






















































