Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev –“Milli Mətbuat Günü – sözün, qələmin və həqiqətin bayramıdır”
22 iyul – Milli Mətbuat Günü Azərbaycan cəmiyyətinin maariflənməsində, milli şüurun formalaşmasında və dövlətçilik ideallarının təbliğində müstəsna rol oynamış şərəfli bir peşənin – jurnalistikanın bayramıdır. Bu tarixi günün əsası 1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk milli mətbu orqan olan “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. O gündən bu günə qədər Azərbaycan mətbuatı böyük bir yol keçib – senzuralı çətin dövrlərdən müstəqillik və söz azadlığının təmin olunduğu bir zamana qədər inkişaf edib.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev bu münasibətlə mətbuat işçilərini təbrik edərək qeyd edir:
“Milli Mətbuat Günü – bu, təkcə jurnalistlərin yox, həm də cəmiyyətin inkişafına töhfə verən bütün ziyalıların, düşünən insanların bayramıdır. Çünki sağlam cəmiyyət məhz sağlam informasiya məkanında formalaşır. Jurnalistika – yalnız xəbər ötürmək deyil, bu, məsuliyyət, obyektivlik, dürüstlük və vicdan məsələsidir.”
Ədalət Hacıyev qeyd edir ki, müasir Azərbaycan mətbuatı bugünkü inkişaf səviyyəsinə Ulu Öndər Heydər Əliyevin söz və mətbuat azadlığına verdiyi yüksək dəyər, eləcə də Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi sayəsində çatıb. Mətbuat dövlət və cəmiyyət arasında körpü rolunu oynayır. Bu gün jurnalistlərimiz ölkəmizin uğurlarını, mədəni həyatını, mədəniyyət ocaqlarını, o cümlədən teatr sənətini, onun inkişaf mərhələlərini geniş işıqlandıraraq, cəmiyyətin estetik zövqünün formalaşmasına da töhfə verirlər.
Rus Dram Teatrının direktoru qeyd edir ki, teatrla mətbuat arasındakı əlaqə uzun və şərəfli bir tarixə malikdir. Jurnalistlər teatrın uğurlarını tamaşaçılara çatdırır, səhnədə baş verənləri oxucuya hiss etdirir, tənqid və təhlilləri ilə teatrın inkişafına xidmət edirlər. Bu baxımdan, Ədalət Hacıyev teatrla mətbuat arasında olan qarşılıqlı hörmət və əməkdaşlığı yüksək dəyərləndirir və media nümayəndələrinə təşəkkürünü bildirir.
Sonda bütün jurnalistləri – qəzet, jurnal, televiziya, radio və internet mediasında çalışan media peşəkarlarını bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, tükənməz qələm gücü, cəsarətli mövqeləri və cəmiyyətə faydalı fəaliyyətlərində uğurlar arzulayır.
“Qələminiz iti, sözünüz həqiqətli olsun! 22 iyul – Milli Mətbuat Günü mübarək!” – deyə teatr rəhbəri vurğulayır.
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri
AJB-nin üzvü





















































