“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
"Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “Elm və mərhəmətin vəhdəti-Zərifə Əliyeva zirvəsi”.
Suraxanıda – Hövsan qəsəbəsində növbəti məhəllə abadlaşdırıldı:YYSİB də fəal iştirak edib
Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva: “Elmdən doğan işıq-Gözlərə nur verən alim oftalmoloq Zərifə Əliyevanın ömür yolu”
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov: Nurla yazılan ömür: Zərifə Əliyeva – elmin zirvəsi, insanlığın örnəyi
Həkim-radioloq Nicat Bağırov: "Böyük alim Zərifə Əliyeva irsi: tibb elminə əvəzsiz töhfələr"
ADY onlayn bilet alışını təşviq edir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, eləcə də əməliyyat səmərəliliyinin artırılması və daha rahat, növbəsiz bilet alışının təşviqi məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq rəqəmsallaşma istiqamətində növbəti addım atır.
“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq iyulun 15-dən etibarən Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq.
ADY bilet satışı üzrə əməliyyatları sürətləndirmək üçün “ADY Mobile” tətbiqini və rəsmi veb-saytını (ticket.ady.az) daha da təkmilləşdirib. Həmçinin saytda inklüzivliyin qorunması məqsədilə “Müyəssərlik” menyusu əlavə edilərək hər kəs üçün əlçatan xidmət təmin edilib.
Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında mobil tətbiqinin və ADY-nin rəsmi saytının payı artıb. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 250 mini ötüb, təkcə son 6 ayda 90 minə yaxın istifadəçi tətbiqi yükləyərək “ADY Mobile”ın geniş imkanlarından yararlanıb. Ötən il rayonlararası istiqamətlərə səfərlərdə 70 faiz sərnişin biletlərini onlayn şəkildə əldə edib. Bu ilin 6 ayında isə bu rəqəm 80 faizə yaxınlaşıb.
Sərnişinlər onlayn bilet satışının 7/24 aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına rahat bilet almaqla vaxtlarına maksimum qənaət edirlər.
Qeyd edək ki, Bakı və Gəncə vağzallarında yerləşən kassaları çıxmaq şərtilə, kağız bilet alışının cəmi 8 faizi rayonlarda yerləşən kassalarla həyata keçirilir. Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad və Göyəm dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn təşkil edilir. Həmçinin 2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlara kağız biletlərin satışı dayandırılıb. Bu marşrut üzrə qatarlarda gediş bank kartı, “ADY Mobile” tətbiqi və ADY kartı ilə təmassız və rahat şəkildə həyata keçirilir.
Sərnişin və yük daşımalarında kağızsız əməliyyatların tətbiqi ADY-nin prioritetlərindən biridir və artıq bu istiqamətdə real nəticələr əldə olunmaqdadır. 2023-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan ADY BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinə qarşı mübarizəyə xüsusi önəm verir.
Son illər ərzində istifadəyə verilən “ADY Mobile” tətbiqi, “ADY Smart”, elektron portal, habelə yüklərin elektron qaimə ilə yola salınması kimi rəqəmsal həllər əməliyyatların sadələşdirilməsi ilə yanaşı, kağızdan istifadənin minimuma endirilməsinə yönəlib. Paralel olaraq, hərəkətin təhlükəsizliyi istiqamətində daxili prosedurların tam rəqəmsallaşması həyata keçirilib.
Kağız biletlərin istifadəsinin azalması həm də Azərbaycanın kağızsız əməliyyatlara, rəqəmsal iqtisadiyyata keçidinin real göstəricisidir.























































