Xəbər Lenti
Bugün, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
Dünən, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
8-11-2026, 11:55
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
7-11-2026, 17:50
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Bölgələrə qanunsuz sərnişindaşımanın qarşısını almaq üçün hansı tədbirlər görülür? - AÇIQLAMA

Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələrinin şəhərin digər nöqtələrində toplaşması halları var. Regionlara hərəkət edən nəqliyyat vasitələrinin avtovağzal kompleksindən kənarda sərnişin daşımasının qarşısını almaq üçün hansı işlər görülür?
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sorğusuya cavab olaraq bildiriblər ki, “COVID-19” pandemiyası dövründə Nazirlər Kabinetinin qərarı ilə avtovağzallarda sərnişindaşıma müəyyən müddətə dayandırıldı. "Həmin dövrdə xeyli sayda qeyri-qanuni daşımalar baş verdi. Şəhərlərarası sərnişin daşımaları bərpa edildikdən sonra daşıyıcıların və avtovağzal sisteminin fəaliyyətində çətinliklər yarandı. Çünki avtovağzallara daxil olmadan və kassalardan bilet almadan sərnişinlərin daşınması həyata keçirilirdi.
Heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla avtovağzallardan kənar, qanunsuz reyslərin edilməsi həm avtovağzalların, həm də daşıyıcıların rentabelliyinə mənfi təsir göstərir.
Bununla bağlı əvvəlcə iri daşıyıcılar, daha sonra avtovağzal rəhbərləri ilə görüş keçirilib. Görüşlərdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı problemlər müzakirə olunub. Onlardan problemlərin həlli ilə bağlı təkliflər alınıb. Bu təkliflər əsasında avtovağzalların işinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən sərnişindaşıma üzrə bilet satışının elektronlaşdırılması nəzərdə tutulur", - açıqlamada deyilir.
Nazirlik bildirir ki, hazırda şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında onlayn bilet satışının təşkili üçün “biletim.az” portalı üzərində işlər aparılır. Onlayn bilet sisteminin bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə etməsi nəzərdə tutulur:
"Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir. Onlayn bilet sisteminin tətbiqi rayonlar üzrə mərhələli şəkildə həyata keçiriləcək.
Həmçinin müntəzəm avtobus marşrutları üzrə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə oktyabrın 31-dən etibarən AYNA və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər həyata keçirir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafı da daxil olmaqla keçirilən reydlər çərçivəsində bu günədək 2722 avtonəqliyyat vasitəsi saxlanılıb. 553 halda AYNA əməkdaşları İnzibati Xətalar Protokolu tərtib ediblər. 1975 avtonəqliyyat vasitəsinin sürücüsü isə məlumatlandırılıb və onlara xəbərdarlıq olunub. Reydlər davam etdirilir", - qurumun məlumatında qeyd edilir.























































