Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Azərbaycanda bəzi şəxslər bütün avtobuslardan PULSUZ istifadə edə bilərlər - RƏSMİ
Bu gün dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan bayramı qeyd olunur. Bayram günlərində bəzi ölkələrdə əhaliyə müəyyən güzəştlər nəzərdə tutulub. Məsələn, Türkiyədə Ramazan tətili zamanı körpülər və avtomobil yollarının pulsuz olması barədə qərar qəbul olunub.
Oxşar praktikanın Azərbaycanda da tətbiq olunma ehtimalı varmı? Bu məqsədlə Baku.ws Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edib. Qurumun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 7:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur:
“Bununla yanaşı, yaşayış ünvanının 100 metr məsafəsində fərdi parklanma talonu almış sürücülər yalnız talonda qeyd olunmuş məntəqələrdə nəqliyyat vasitələrini pulsuz saxlaya bilərlər. Qeyd olunanlardan başqa, parklanma yerlərindən pulsuz istifadə qanunvericilikdə nəzərdə tutulmayıb.
Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən beş yaşa qədər bir uşaq aparmaq hüququna malikdir.
Eyni zamanda, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksi istisna olmaqla) pulsuz istifadə edə bilərlər.
Bununla yanaşı, “Polis haqqında” Qanuna əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.
Bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb”.























































