Xəbər Lenti
Dünən, 13:00
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Dünən, 12:41
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Dünən, 12:30
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Dünən, 12:16
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
22-04-2026, 20:45
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
22-04-2026, 20:44
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
22-04-2026, 10:33
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
21-04-2026, 14:16
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
21-04-2026, 11:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
21-04-2026, 11:23
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
06 May 2022 10:42Manşet / İqtisadiyyat
Şuşaya qanunsuz bilet satışı: DANX hərəkətə keçdi
Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı-Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti araşdırma aparıb.
Nazirlikdən verilən məlumata görə, məlum olub ki, aprelin 26-da Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər satışa çıxarılandan sonra bir neçə şəxs Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysinə müxtəlif şəxslərin adına müxtəlif tarixlərə, lakin qrup şəklində biletlər alıb. Araşdırma nəticəsində həmin istifadəçilərin kimliyi müəyyən edilib və onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə dəvət olunublar. Həmin şəxslər etiraf ediblər ki, sosial şəbəkələrdə Şuşaya turların təşkil edilməsi ilə bağlı elanlar yerləşdirərək, əvvəlcədən vətəndaşlardan şəxsiyyət vəsiqələrinin surətlərini alıblar. Biletlər satışa çıxarılandan sonra möhtəkirlər şəxsiyyət vəsiqələrinin surətlərini onlara təqdim edən bir neçə nəfərin adına www.yolumuzqarabaga.az saytı üzərindən Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə birbaşa vətəndaşların adına biletlər alıblar. Bakıdan Əhmədbəyli istiqamətinə xüsusi avtobus reysi təşkil edərək bilet aldıqları vətəndaşları həmin ərazidə Əhmədbəyli – Şuşa – Əhmədbəyli müntəzəm marşrutu üzrə hərəkət edən avtobusa transfer edirlər. Onlara belə fəaliyyəti birmənalı dayandırmaları haqqında ciddi xəbərdarlıq edilib. Artıq həmin elanlar şirkətlərin sosial şəbəkə hesablarından silinib.
Məlumat üçün bildiririk ki, biletləri kimlərinsə alması və daha sonra digər şəxslərə satması və ya ötürməsi mümkün deyil. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara tövsiyə edir ki, belə elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər və biletlərin alınmasını heç kimə əlavə vəsait ödəmədən özləri həyata keçirsinlər. Vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, may ayından etibarən Bakı–Şuşa–Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə – cümə axşamı, cümə, şənbə və bazar günləri reyslər həyata keçirilir.
Əhmədbəyli–Şuş –Əhmədbəyli istiqamətində isə həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür.
Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.























































