Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
İnsanın sağlamlığı həyatın ən böyük nemətlərindən biridir. Bu nemətin qorunmasında isə öz fədakar əməyi, peşəkarlığı və insanlara bəxş etdiyi ümidlə seçilən həkimlərin əvəzsiz rolu vardır. Bəzən xoş bir sözlə insana ümid verən, diqqətli yanaşması ilə ağrısını yüngülləşdirən, bilik və təcrübəsi ilə insan taleyinə müsbət təsir göstərən həkimlər hər zaman dərin hörmətə və minnətdarlığa layiqdirlər.
Bu gün insan sağlamlığı naminə yorulmadan çalışan, öz peşəsinə sevgi və məsuliyyətlə yanaşan, nəcib insani keyfiyyətləri ilə seçilən Lamiyə Mirzəyeva haqqında söz açmaq istəyirəm.
Lamiyə Mirzəyeva həkim ailəsində dünyaya göz açmışdır. Atası Tofiq Mirzəyev uzun illər Masallı səhiyyəsinə rəhbərlik etmişdir. Lamiyə Dəfnə məktəb-liseyində təhsil aldığı illərdə qəlbində bir arzu yaşadırdı – həkim olmaq. Liseyi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Tibb Universitetinə təqdim etmiş və yüksək nəticə ilə universitetin müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur. 2006-cı ildə universiteti fərqlənmə diplomu ilə başa vurmuşdur.
2006–2007-ci illərdə 2 nömrəli Uşaq Klinik Xəstəxanasında fəaliyyət göstərmiş, 2013–2016-cı illərdə həkimlərin sertifikasiyası üzrə yüksək nəticələr əldə etmişdir. 2013-cü ildə Türkiyənin İstanbul şəhərində yerləşən Cərrahpaşa Tibb Universitetinin qulaq-burun-boğaz şöbəsində təcrübə keçmişdir.
Hazırda Masallı şəhərində Referans Tibb Mərkəzində sevimli peşəsini davam etdirir.
Lamiyə həkimin qəbuluna müraciət edən xəstələr onun diqqətli yanaşmasını, gülərüzlülüyünü, səmimi münasibətini və peşəkarlığını yüksək qiymətləndirirlər. Hər bir xəstəni diqqətlə dinləməsi, onların problemlərinə həssaslıqla yanaşması, düzgün diaqnozun müəyyənləşdirilməsi və müalicə prosesində məsuliyyətlə çalışması onu fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Lamiyə həkim yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də yüksək davranış mədəniyyəti, qayğıkeşliyi, səmimiyyəti və zəngin mənəvi keyfiyyətləri ilə seçilən ziyalı həkimlərimizdəndir.
İnsanların sağlamlığına qovuşmasına, həyatlarına ümid və sevincin qayıtmasına töhfə verən belə fədakar insanlarla fəxr etməyə dəyər.
Hər birimizin hörmət və rəğbətini qazanan Lamiyə həkim başda olmaqla "REFERANS" tibb mərkəzinin bütün işgüzar kollektivinə möhkəm cansağlığı, uzun və mənalı ömür, şərəfli peşə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Şəfalı əlləriniz, mərhəmətli qəlbiniz və insanlara bəxş etdiyiniz ümid heç zaman tükənməsin, Lamiyə həkim!
Soltanağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"Qızıl qələm" mükafatçısı






















































