İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının HAVASIZLIQ sindromu...
Respublikamızda fəaliyyət göstərən dövlət xəstəxanalarındakı mövcud neqativ hallar hər birimizə yaxşı məlumdur. Ancaq Abşeron Rayon Mərkəzi Xəstəxanası bir “özəlliyinə” görə digərlərindən fərqlənir. Maraqlısı odur ki, bu xəstəxanada pasientlərlə yanaşı, həkimlər və digər tibb işçiləri də hazırki durumdan çox narazıdırlar. Belə ki, 4 mərtəbəli yeni xəstəxana binasına daxil olan hər kəs içəridəki havasızlıqdan çox ciddi əziyyət çəkir. Binada nə bir ədəd açılan pəncərə, nə də havalandırma sistemi var. Kondisionerlər də ya işləmir, ya da çox zəif işləyir.
Hər gün buraya Abşeronun kənd və qəsəbələrindən yüzlərlə pasientin üz tutduğunu nəzərə alsaq, vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək olar. Hətta, deyilənə görə burada işləyən həkimlərdən biri bu səbəbdən ağır xəstəliyə tutulub.
Xəstəxana kollektivinin və pasientlərin rəhbərliyə dəfələrlə etdikləri israrlı xahişlər isə hələ də nəticəsiz qalır.
Mövzunu davam etdirəcəyik...
Qarşı tərəfin mövqeyini tanıyırıq.
Şərhsiz.























































