Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
"Ulu Öndər Heydər Əliyevin Əbədi Xatirəsinə Sadiqlik – Azərbaycan Gəncliyinin Şərəfli Missiyası"
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
15 iyun 2025-ci il tarixində Almaniyanın Münster şəhərində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəbində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirilib. Tədbir Avropa Azərbaycan Mərkəzinin "Ana dilini qürur və sevgi ilə öyrən" layihəsi çərçivəsində təşkil olunub. Məktəb Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir və xaricdə yaşayan azərbaycanlı uşaqlara Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı biliklər aşılayır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Məktəbin şagirdləri və onların valideynləri bu mənalı gündə bir araya gələrək həm Vətənə bağlılıq ruhunu yaşadıb, həm də tarixi biliklərini yeniləyiblər.
Çıxış edən Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev iştirakçılara Milli Qurtuluş Gününün mahiyyətindən danışaraq bildirib ki, 1993-cü ildə xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunmasında və gələcək sabit inkişafının təmin edilməsində həlledici rol oynayıb.
Daha sonra müəllim Sahibə Payyıküçük Qurtuluş Gününə həsr olunmuş dərs apararaq uşaqlara bu tarixin mahiyyətini, ictimai-siyasi proseslərdəki yerini və bu günlə əlaqəsini izah edib. Uşaqlar Azərbaycanın yaxın tarixi ilə tanış olub, milli şüurun formalaşmasında belə hadisələrin rolunu daha yaxşı anlayıblar.
Tədbirdə valideynlər də fəal iştirak ediblər. Onlar övladları ilə birlikdə dərsdə iştirak edərək belə təşəbbüslərin vacibliyini qeyd ediblər. Valideynlər bildiriblər ki, Azərbaycan dilinin və tarixinin xaricdə yaşayan uşaqlara sevgi ilə öyrədilməsi milli kimliyin qorunması baxımından əvəzsiz əhəmiyyət daşıyır.
Münster şəhərində keçirilən bu tədbir bir daha sübut etdi ki, Azərbaycan dili, tarixi və mədəniyyəti təkcə vətəndə deyil, xaricdə də yaşadılır və gələcək nəsillərə sevgi ilə ötürülür. Azərbaycan dili həftəsonu məktəbi, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, milli dəyərlərimizin Avropada qorunması və yaşadılması istiqamətində uğurla fəaliyyət göstərir.
Həsən Ağsulu







































































