Xəbər Lenti
Dünən, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Xərçəng kişiləri daha çox öldürür - Qorxunc statistika
Azərbaycanda xərçəng xəstəlikləri səbəbilə ölüm halları ciddi narahatlıq doğurur. Təkcə ötən il bu diaqnozla ölənlərin sayı 9 min 681 nəfər təşkil edib. 5 min 546 nəfəri kişi, 4 min 135 nəfəri isə qadın olub. Statistika göstərir ki, kişilər arasında ölüm halları daha yüksəkdir.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı haqqında dəqiq statistik məlumat mövcud deyil. Ancaq 2023-cü ildə ümumilikdə 18,462 yeni xərçəng xəstəsi qeydə alınıb, bu da 2022-ci illə müqayisədə 24% artım deməkdir.
Səhiyyə naziri Teymur Musayev də Azərbaycanda xərçəngdən ölüm hallarının artması məsələsindən danışıb. Onun sözlərinə görə, artım təkcə Azərbaycanda deyil, qlobal miqyasda da müşahidə olunur. O, Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı qeyd edib ki, 2022-ci ildə dünyada 20 milyon nəfər xərçəngə yeni yoluxub.
Nazir bu vəziyyətin əsas səbəbləri kimi əhalinin yaşlanması, ətraf mühitin çirklənməsi və həyat tərzindəki dəyişiklikləri göstərib. Onun fikrincə, bu faktorlar xəstəliyin yayılmasında ciddi rol oynayır.
Maraqlıdır, kişilər arasında ölüm hallarının daha çox olmasının səbəbi nədir? Xərçəng xəstəliyinin artım tempi Azərbaycanda səhiyyə sisteminə hansı çağırışları edir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Museyibov bu sahədəki real vəziyyəti dəyərləndirib:
"Xərçəng xəstəliyi yalnız ölkəmizdə deyil, bütün dünyada sürətlə yayılır. Bunun bir çox səbəbi var. Ən əsas səbəb isə qidalanmadır. Hava çirkliliyi, tütün və elektron siqaretlərdən istifadə, fastfood qidalar, qazlı içkilər, hərəkətsizlik və artıq çəki bu xəstəliyin yayılmasında mühüm rol oynayır. Təəssüf ki, çöldə yeməyə üstünlük verilməsi, həmin qidalardakı karsinogen maddələr riskləri artırır. Son 6 ayın statistikasına əsasən, artıq xərçəng ürək-damar xəstəliklərini geridə qoyaraq birinci yerə yüksəlib. Digər mühüm faktor isə genetik meyillilikdir.”
Ekspertlərin fikrincə, mövcud vəziyyət səhiyyə sisteminə ciddi təzyiq yaradır.





















































