18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
İllərdir problem var, dövlət qurumu hələ müraciət gözləyir
“İllərdir ki, Məmmədli qəsəbəsində yaşayırıq. Torpağımızın çıxarışı olsa da, evimizə “kupça” ala bilmirik. Səbəb isə odur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PŞH-nin verdiyi çıxarışda yanlışlıqla torpağımızın koordinatları başqa ünvana verilib”.
Bu şikayətlə “Qafqazinfo”ya Bakının Abşeron Rayonu, Məmmədli qəsəbəsində yaşayan bir qrup sakin müraciət edib.
Onların iddialarına görə, yanlışlığı edən quruma dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmayıb: “Elə sakinlər var ki, bu torpaqlar onların ata-baba yurdudur. Eləsi var ki, 10 ildir burada ev tikib yaşayır. Hamımızda eyni vəziyyətdir, bir qonşunun evinin çıxarışı o birinin həyətinə düşür. Kiminsə səhvi, səhlənkarlığı ucbatından illərdir öz evimizə sənəd alıb qeydiyyata düşə bilmirik.
Aidiyyəti quruma ərizə də yazmışıq, cavabda problemi təsdiqlədilər, ancaq həll üçün heç bir yol göstərmirlər. Bizi yola verirlər ki, gəlib nə vaxtsa həmin yalnışlıqları düzəldəcəklər. Amma öyrənirik ki, artıq bu ərazidə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən xəritəçəkmə işləri yekunlaşıb”.
Ərazidə yaşayan digər sakinlər - Şahmurad Məmmədov, Pərvin Zeynalov, Dilarə Məmmədova və başqaları da oxşar problemlə üzləşdiklərini deyirlər. Onlar bildirirlər ki, qanunvericiliyə görə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı baş verən hər hansı texniki yanlışlığa görə sözügedən qurum məsuliyyət daşıyır və problemi həll etməyə borcludur.
Vətəndaşların əsas problemlərindən biri bu nöqsana görə illərdir evlərindəki ünvana qeydiyyata düşə bilməməkləridir. Bütün kommunal xidmətlər öz adlarına olsa da, onlar şəxsi mənzillərində qeydiyyatsız yaşamağa məcburdurlar.
.jpg)
Problemlə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdik. Xidmətdən sorğumuza belə cavab aldıq: “Yaranmış problem ilkin alqı-satqı zamanı torpaq sahələrinin yerində düzgün tanıdılmaması və ya ümumiyyətlə yertanıtma olmadan sistemsiz məskunlaşma prosesindən qaynaqlanır. Belə ki, müasir geodeziya avadanlıqları vasitəsilə koordinatların naturaya köçürülmədən torpaq sahələrinin mərzlənməsi və ya hasarlanması nəticəsində bu prosesin miqyası genişlənib və hazırki problemlərə yol açıb.
Qeyd edək ki, vətəndaşın faktiki torpaq sahəsinin üzərində digər vətəndaşın mülkiyyət sənədi qeydiyyata alınıb. Ona görə də vətəndaşın mülkiyyət hüququnun faktiki torpaq sahəsinin üzərində qeydiyyata alınması mümkün deyil. Yaşayış massivi daxilində yerləşən oxşar problemlə üzləşmiş vətəndaşların birgə müraciəti olarsa, məsələ araşdırılaraq dürüstləşmə işləri aparılacaq”.
Açıqlamada şikayətçilərdən biri olan Pərvin Zeynalovun narazılığına bu cavab verilib: “Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.035 ha torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Pərvin Zeynalov tərəfindən satın alınıb. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında vətəndaşa 2022-ci ilin mart ayının 1-də sözügedən torpağa dair həm çıxarış, həm də torpaq sahəsinin plan və ölçü sənədləri verilib.
Araşdırma zamanı məlum olub ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada (yerdə) yerləşməsi arasında fərq (35-37 metr) mövcuddur, yeri dəyişdirilib. Həmçinin faktiki torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür”.
Gülnar Əliyeva





















































