Xəbər Lenti
Dünən, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
27-09-2026, 15:36
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
26-09-2026, 21:48
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
26-09-2026, 21:43
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
26-09-2026, 21:36
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
26-09-2026, 21:19
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
26-09-2026, 21:01
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
26-09-2026, 20:56
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
26-09-2026, 19:43
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Bakının bu qəsəbəsində evlər çökür
Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində bəzi evlərin həyətlərində çökmə baş verib. Bir neçə gün öncə həmin küçədə ikimərtəbəli evin həyəti çökmüşdü.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakin deyir ki, evi hazır alıb, 18 il də içərisində yaşayıb.
Sakinlər deyirlər ki, problem iki həftədən çoxdur, davam edir. Nəticədə hər üç evin sakinləri evsiz qalıb.
Evi ilk olaraq uçan sakin üçün də heç nə dəyişməyib. Dediyinə görə, bu ərazidəki bütün evlər təhlükə altındadır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən fərdi yaşayış evləri tikinti norma və qaydalarının tələbləri pozulmaqla tullantı sularını daşıyan magistral xəttin üzərində tikilib. Bu barədə sakinlərə dəfələrlə xəbərdarlıq edilib, müvafiq qurumlara da müraciət olunub. Xidmətdən o da qeyd edildi ki, ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır.
"Qısa araşdırmalardan sonra o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib", deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, hündürlüyü 12 metrdən çox olmayan, üçmərtəbəli fərdi yaşayış evləri məlumatlandırma icraatı üzrə inşa edilir. Bu zaman yalnız memarlıq planlaşdırma və ərazinin baş planı bölməsinin işlənməsi tələb olunur. Məlumatlandırma üzrə icraat isə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid deyil.
Xətai Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamağa çalışdıq. Ancaq qurumdan mövqe öyrənmək mümkün olmayıb.























































