18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib

“Xezertv.info” xəbr verir ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi və xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Tədbirlər gənclərin vətənə məhəbbət, tarixi keçmişimizə hörmət və ehtiram ruhunda tərbiyə olunması, Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə keçirilib.
Tədbirlər planına uyğun olaraq gənclərin iştirakı ilə Ulu Öndərin məzarı ziyarət edilib, "Ulu Öndərin Yolunda: Güclü Gənclik, Güclü Vətən" adlı tədbir və Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və üzv gənclər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Ulu Öndərin Yolunda: Güclü Gənclik, Güclü Vətən" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, ADA Universitetinin tarix müəllimi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Nərminə Hüseynzadə və AMEA-nın böyük elmi işçisi və tədqiqatçı Gülanə Əliyeva iştirak edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti və Ulu Öndərin gənclərə qayğısı haqqında çıxış ediblər. Vurğulanıb ki, müasir Azərbaycanın varlığı bilavasitə Heydər Əliyevin ideallarının və amalının nəticəsidir. Ömrünü Vətənə və xalqa xidmətə həsr edən dahi şəxsiyyətin inamla həyata keçirdiyi siyasətin əsasında Qarabağ problemini həll edərək torpaqlarımızı işğaldan azad etmək və yurdlarından zorla didərgin salınan həmvətənlərimizin öz ata-baba torpaqlarına qayıdışını təmin etmək, Azərbaycan Respublikasını güclü bir dövlət kimi formalaşdırmaq idi.
Məhz bu siyasət onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, döyüş meydanında tarixi Zəfər çalaraq işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış etməyimizə səbəb oldu.
Tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edən gənclər Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olub və burada nümayiş olunan, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.
Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Heydər Əliyevin tarixi obrazı xalqımızın yaddaşında və qəlbində əbədi olaraq yaşayacaq.
Qeyd edək ki, tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.





























































