Xəbər Lenti
Bugün, 14:25
İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Bugün, 14:21
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Tramp Putinin əlinə necə oynayır? - Rusiyanın 100 gündə etdiyi əsas güzəştlər...
Əgər Vladimir Putin Vaşinqtondan istədiyi arzular siyahısını tərtib etsəydi, ABŞ-ın yeni prezidenti Donald Trampın vəzifəsinin ilk 100 günü ərzində ona təqdim olunanlardan daha yaxşısını əldə etmək çətin olardı.
Poliqon xəbər verir ki, bunu "The New York Times" yazıb.
Bildirilir ki, dünya Ukraynaya Rusiya xeyrinə ərazi güzəştləri etməyə məcbur etmək cəhdlərini, sanksiyaların yumşaldılacağına dair vədləri və hətta Ukraynaya müdaxilənin bağışlanmasını gördü. "Əslində, Stiv Uitkoff Moskvaya növbəti danışıqlar üçün səfər edərkən, prezidentin təqdim etdiyi sülh konsepsiyası tamamilə birtərəfli görünürdü: Rusiyaya beynəlxalq hüquq pozularaq zorla ələ keçirilən əraziləri saxlamağa icazə verilir, Ukraynaya isə NATO-ya üzv olmaq əbədi olaraq qadağan edilir", deyə materialda qeyd edilir.
Amma bu, Trampın Rusiyanın maraqlarına uyğun gələn yeganə addımı deyil. ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərin pozulmasından tutmuş Amerikanın dövlət sistemindəki dəyişikliklərə qədər bir sıra digər tədbirlər də Moskvanın xeyrinə olub. Xüsusilə, ABŞ prezidenti Rusiyaya qarşı aparılan gizli kibermüharibədə Amerikanın mövqeyini zəiflədib, hücum xarakterli kibər əməliyyatları dayandırıb və Rusiyanın dezinformasiyası, seçkilərə müdaxiləsi, sanksiya pozuntuları və hərbi cinayətləri ilə mübarizə proqramlarını azaldıb.
Bundan başqa, Tramp Rusiya istisna olmaqla, demək olar ki, bütün digər ölkələrə tətbiq etdiyi yeni ticarət rüsumlarından Moskvaya azadlıq verib. O, bunu Rusiyanın onsuz da sanksiyalara məruz qaldığını əsas gətirərək izah edib. Hətta bu rüsumlar Ukraynaya da tətbiq olunub. Medianın məlumatına görə, Trampın komandası "Şimal axını-2" qaz kəmərinə tətbiq olunmuş sanksiyaların ləğvini belə müzakirə edir.
Sülh sazişi çərçivəsində Rusiyanın nəyə güzəştə getməli olacağı sualına cavab verən Tramp yalnız bildirib ki, ruslar "bütün Ukraynanı" ələ keçirməyəcəklər. Jurnalistlər qeyd edirlər ki, Rusiya bunu üç illik genişmiqyaslı müharibə ərzində belə bacara bilməyib.
"RAND Corporation" analitiki Samuel Çarap qeyd edib ki, Trampın bir çox addımları başlanğıcda Moskvanın maraqlarını nəzərə almadan atılsa da, Kreml bu vəziyyətdən məmnundur. Bununla belə, Çarap əlavə edib ki, Trampın Ukrayna üzrə sülh planı Moskvaya üstünlük versə də, Rusiyanın bir sıra əsas tələblərini nəzərə almır, məsələn, Ukrayna ərazisində xarici qoşunların tamamilə qadağan olunması.
Bununla yanaşı, xəbərlərdə bildirilir ki, Rusiyanın işğal etdiyi ərazilərin ona saxlanılmasının "qaçılmaz reallıq" kimi qəbul olunması ideyası çoxdan formalaşıb. Tramp isə daha da irəli gedərək, Krım üzərində Rusiyanın nəzarətini rəsmi şəkildə tanımağı təklif edib.
Aydın























































