Xəbər Lenti
Dünən, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
29-09-2026, 18:13
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
28-09-2026, 13:31
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
28-09-2026, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Putin Ukraynada "müvəqqəti hakimiyyət" qurmağı təklif etdi: Ağ Ev cavab verdi
Vladimir Putin Ukraynada seçkilərin keçirilməsi üçün BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti idarəetmənin tətbiq edilməsini müzakirə etməyi təklif edib.
Qaynarinfo xəbər verir ki, onun sözlərini "RİA Novosti" yayıb.
"Əslində, əlbəttə, BMT-nin, ABŞ-ın, Avropa ölkələrinin və əlbəttə, bizim tərəfdaş və dostlarımızın himayəsi altında Ukraynada müvəqqəti idarəetmə tətbiq etmək imkanını müzakirə etmək olardı. Bunun üçün demokratik seçkilər keçirmək lazımdır", deyə Putin atom sualtı kreyseri "Arxangelsk"in sualtı dənizçiləri ilə söhbəti zamanı bildirib.
Putin əlavə edib ki, belə bir hökumətlə sülh danışıqlarına başlamaq və "bütün dünyada tanınacaq və etibarlı olacaq" sənədlər imzalamaq olar.
Putinin sözlərinə görə, Rusiya guya Avropa ilə əməkdaşlığa hazırdır. Bununla yanaşı, o, avropalıların "Rusiyanı aldatmağa çalışdığını" iddia edib.
Ukraynaya gəlincə, Rusiya rəhbəri "Azov"un "faktiki hakimiyyət əldə etməsini" problem kimi təqdim edib.
Ağ Ev Putinin bəyanatlarına reaksiya verib. Oradan bildirilib ki, Ukraynada hakimiyyət xalq tərəfindən seçilir və "müvəqqəti idarəetmə" haqqında heç bir müzakirə ola bilməz.
"Ukraynadakı hakimiyyəti onun konstitusiyası və xalqı müəyyən edir", deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi "Reuters" agentliyinə Putinin fantaziyalarını şərh edərkən bildirib.
Rus liderin amerikalı həmkarını aldatması barədə digər KİV-lər də yazıb. Məsələn, "The Telegraph" Putinin yalanlarını və Trampın sadəlövhlüyünü danışıqlar üçün böyük maneələr kimi qiymətləndirir. Lakin Ağ Evin rəhbəri artıq anlayır ki, Putin onu aldadır.
"Business Insider" isə yazıb ki, Putin Trampı Rusiyanın Ukraynadakı məqsədlərindən yayındırmaq üçün məkrli bir gediş düşünüb və amerikalı həmkarının işgüzar instinktlərindən istifadə edir.
Alpər






















































