Sumqayıtın 26 saylı bağçasında nə baş verir? – İddialar, suallar və cavabsız qalan həqiqətlər
Nazim Eynallı: Şamaxı-Çuxuryurd-Nağaraxana avtomobil yolunun 18-ci kilometrliyində cari təmir işləri davam etdirilir.
DDLA nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 83-cü sessiyasında ölkəmizi təmsil etdi
“Həyatını sağlamlığa xidmətə həsr edən baş həkim” – Fazil Alməmmədovun nümunəvi fəaliyyətindən
"Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"
"Ən böyük vəzifə İNSAN olmaqdır!" » İdman » "Rinqdəki uğurumun arxasında müəllimlərimin əməyi dayanır" – Riad Abdullayevlə müsahibə
Sumqayıtın 26 saylı bağçasında nə baş verir? – İddialar, suallar və cavabsız qalan həqiqətlər
Son günlər Sumqayıt şəhəri 26 saylı uşaq bağçası ətrafında dolaşan qalmaqallar ictimaiyyətin diqqətini cəlb edib. Xezertv.info xəbər portalında yayımlanan məlumatda bağçanın müdiri Sidqiyyə Xıdırovanın adı ciddi korrupsiya iddialarında hallanır. Məlumata görə, bu təhsil müəssisəsində “qara kassa” adı ilə tanınan və bu prosesdə əsas fiqurlardan birinin Aygün adlı tibb bacısı olduğu iddia edilir.
Daha da təəccüblüsü odur ki, yayılan xəbərlərə əsasən, bu günlərdə bağça rəhbəri Sidqiyyə Xıdırova həmin tibb bacısının “qələmini qırmaq”, yəni onu susdurmaq, cəzalandırmaq və günahkar elan etmək üçün müxtəlif vasitələrə əl atmağa başlayıb. Ehtimal olunur ki, bağçanın daxilində baş verən maliyyə pozuntularına şahid olan Aygün xanım indi günahkara çevrilməkdədir.
Mənbələrin iddiasına görə, S.Xıdırova bir neçə gün öncə bağçanın işçiləri və bəzi valideynləri ətrafına yığaraq, Aygün adlı tibb bacısına qarşı “ictimai məhkəmə” qurmağa çalışıb. O, sanki özünü “süddən çıxmış ağ qaşıq” kimi təqdim edərək, məsuliyyəti başqalarının üzərinə atmağa çalışır. Halbuki, bütün idarəçilik məhz onun nəzarətindədir və belə bir şəraitdə məsuliyyətdən yayınmaq cəhdləri ictimaiyyət tərəfindən ciddi suallarla qarşılanır.
Burada bir çox suallar ortaya çıxır. Əgər doğrudan da “qara kassa” kimi tanınan, bu proseslər hansı vəsaitlər üzərində baş verib? Valideynlərdən yığılan qeyri-rəsmi pulların hara xərcləndiyi, hansı əsaslarla tibb bacısına və ya başqa əməkdaşlara ittiham yönəldildiyi aydınlaşdırılmalıdır. Əgər bu ittihamlar əsassızdırsa, niyə məhz Aygün xanım “hədəf” seçilib?
Onu da qeyd edək ki, bağçanın müdiri S. Xıdırova, şikayətçi olan valideyni "XəzərTV.info" xəbər portalının əməkdaşlarına qarşı şər və böhtan xarakterli ifadələr yazdırmağa məcbur edib. Əks halda valideyni polislə hədələyib.
Ən əsas sual isə budur: Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva bu kimi neqativ hallara niyə hələ də reaksiya vermir? Axı, bu tip qalmaqallar təkcə bir bağçanın deyil, ümumilikdə təhsil sisteminin nüfuzuna xələl gətirir. İctimai nəzarətin və medianın əsas vəzifəsi məhz bu cür halların araşdırılmasına təkan verməkdir. Lakin icraedici orqanların passivliyi, bu cür neqativ halların yayılmasına, cəmiyyətin dövlət strukturlarına olan inamının azalmasına səbəb olur.
Xezertv.info tərəfindən aparılan araşdırmalar davam edir. Yaxın günlərdə bu bağça ilə bağlı daha ciddi faktlar ictimaiyyətlə paylaşılacaq. Bu isə o deməkdir ki, məsələ yalnız bir nəfərin deyil, daha geniş dairənin məsuliyyətini gündəmə gətirəcək.
Əlbəttə, qarşı tərəfin – Sidqiyyə Xıdırovanın və ya digər şəxslərin də fikrini öyrənmək və dinləmək hüququ saxlanılır. Əgər yayılan məlumatlar əsassızdırsa, hüquqi yollarla cavab vermək hər kəsin haqqıdır. Lakin ictimaiyyətin bu məsələdə obyektiv və şəffaf şəkildə məlumatlandırılması üçün müvafiq orqanların hərəkətə keçməsi vacibdir.
Sumqayıt şəhəri 26 saylı bağçada baş verənlərlə bağlı bütün tərəflərdən izahat almaq və məsələni ictimai müstəvidə obyektiv şəkildə dəyərləndirmək lazımdır. Uşaq bağçaları – yəni gələcəyimizin təməlini qoyduğumuz təhsil ocaqları – bu cür qalmaqallarla deyil, şəffaflıq və səmimiyyətlə gündəmdə olmalıdır.
Araşdırmalar davam edir...
Xezertv.info