HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
Strasburqda Azərbaycanın hüquqi səsi — İsmayıl Zalov beynəlxalq platformada yüksək qiymətləndirildi
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Sumqayıtdakı 26 saylı bağçada nələr baş verir? – Yeni şok iddialar
Xezertv.info xəbər verir ki, 4 aprel 2025-ci il tarixində “Sumqayıtdakı 26 saylı bağçada nələr baş verir?” sərlövhəli yazımız dərc olunmuşdu. Həmin yazıda bağçanın müdiri Sidqiyyə Xıdırovanın qanunsuz və korrupsiya əməlləri barədə məlumat verilmişdi. Şikayətçinin adı redaksiyamız tərəfindən gizli saxlanmasına baxmayaraq, görünür, Sidqiyyə Xıdırova məsələyə fərqli yanaşıb – “Qara məni basmamış, qoy qaranı mən basım” prinsipini əsas tutaraq 21 aprel 2025-ci il tarixində həmin valideyni otağına çağırıb.
Məlumatlara görə, o, otaqda bir neçə əməkdaşı və digər valideynlərin iştirakı ilə psixoloji təzyiq yolu ilə valideyndən “şikayətçi olmadığını” bildirən ərizə yazmasını tələb edib. Təəssüf ki, bu da son deyil.
İddiaya görə, Sidqiyyə Xıdırova valideynə açıq şəkildə belə bir şərt qoyub: “Əgər yazını saytdan sildirməsən, uşağını bağçaya qəbul etməyəcəyəm.” Və bu hədəsini gerçəkləşdirərək valideyn və körpə uşağı gözüyaşlı şəkildə bağçadan uzaqlaşdırıb. Görünür, o, “Burda mən, Bağdadda kor xəlifə” deyimini özünə şüar seçərək dövlət müəssisəsini şəxsi təsərrüfatına çevirməyə çalışır.
Əziz izləyicilər, bizi izləməyə davam edin. Sumqayıt şəhərindəki 26 saylı uşaq bağçası ilə bağlı yeni və daha ciddi faktları tezliklə diqqətinizə çatdıracağıq.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Ümid edirik ki, dövlət təhsil müəssisəsində baş verən bu cür hallara müvafiq qurumlar tərəfindən hüquqi qiymət veriləcək və valideynlərin hüquqları müdafiə olunacaq.
Xezertv.info























































