İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Sahibkar Xəyalə İsmayılova "Uğur777" Klinikası barədə yayılan məlumatlara münasibət bildirdi
Müraciət edən sahibkar İsmayılova Xəyalə Aydın qızı, rəhbərlik etdiyi "Uğur777" klinikası ilə bağlı bəzi internet resurslarında və sosial şəbəkələrdə yayılan məlumatların tamamilə həqiqəti əks etdirmədiyini bildirib. Sahibkar yayılan bu iddiaları qərəzli və məqsədli şəkildə həyata keçirilən "qara piar" kampaniyası kimi qiymətləndirir.
Müsahibənin sözlərinə görə, son vaxtlar onun adına və fəaliyyət göstərdiyi müəssisəyə qarşı əsassız ittihamların yayılması artıq narahatlıq doğurur. O qeyd edib ki, bu kimi halların qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır.
Xəyalə İsmayılovanın iddiasına əsasən, bəzi sayt rəhbərləri sifarişli xəbərlər yayaraq onun işgüzar nüfuzuna zərbə vurmağa çalışırlar. Sahibkar bu cür halların hüquqi qiymət alacağına əmin olduğunu bildirib və qeyd edib ki, bu, açıq-aşkar "şər və böhtan" kampaniyasından başqa bir şey deyil.
Bundan əlavə olaraq adı çəkilən klinikanın bəzi pasiyentləri ilə əlaqə saxladıq və razı qaldıqlarının bir başa şahidi olduq. Öz həmkarlarımıza isə səslənərək onu bildirmək istəyirik ki, Jurnalistika peşəsi şərəfli peşədir, adı hallanan klinika barəsində araşdırma etmədən qərəzli yazılar isə jurnalistika peşəsinə bir başa ləkədir!!
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan yalan məlumatların kütləvi şəkildə yayılması böhtan və təhqir kimi qiymətləndirilir və bu əməllər üçün cərimə, ictimai işlər, islah işləri və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə sahibkarlara dəstəyin gücləndirilməsi və onların fəaliyyətinə süni maneələrin aradan qaldırılması ilə bağlı çağırışlar edib.
Fatimə Ümid























































