Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
DTX-də Babək Səmidlinin yayılan səs yazısı ilə bağlı araşdırmalar aparılır

Vətən Müharibəsinin sonra minaya düşərək şəhid olan Babək Səmidlinin səs yazı ilə bağlı araşdırma aparılır.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yayılması müxtəlif müzakirələrə və sullara yol açmış səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.
Artıq məsələ ilə bağlı DTX-nin İstintaq orqanında bir sıra şəxslərin dindirildiyi, prosessual hərəkətlər aparıldığı məlumdur.
Dindirilənlər arasında Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədov da var.
Artıq sosial şəbəkələrdə və mətbuatda Fərhad Əhmədovun yaxınları bu faktı təsdiqləyiblər. Bildirilir ki, Babək Səmidlinin yayılan səs yazısında suallarına cavab verən şəxs Fərhad Əhmədovdur.
Fərhad Əhmədovun köməkçisi Babək Səmidlinin səsinin Fərhad Əhmədov tərəfindən yazıldığını da təsdiq edib. Belə olan halda onun bunu hansı məqsədlə etdiyi məsələsi açıq qalır.
Qeyd edək ki, Babək Səmidlinin mübahisəli səs yazısının yayıldığı uzun müddət ərzində Fərhad Əhmədov səsin onun tərəfindən yazılması ilə bağlı ortaya çıxmamış, sükut nümayiş etdirmişdi. İndi bunun onun tərəfindən edildiyinin etiraf edildiyi bir vaxtda, səbəbi və ondan asılı olaraq müxtəlif hərbi məsələlərlə bağlı Babək Səmidlinin səsini yazıb yaymağa görə hüquqi məsuliyyət məsələsi ortaya çıxır.
Hazırda DTX-nın İstintaq qurumunda araşdırmalar aparılır.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.























































