Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
XİN: Ararat Mirzoyanın iddiaları tamamilə əsassızdır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın "Folha” qəzetinə müsahibəsi zamanı guya indiyə qədər əvvəlki COP iclaslarında "Qlobal Cənubun” və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına az diqqət ayrıldığı barədə iddiaları tamamilə əsassızdır.
Qaynarinfonxəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər nazirinin Braziliyanın "Folha” qəzetinə müsahibəsində COP-la bağlı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.
Görünür ki, Ermənistan xarici işlər naziri COP çərçivəsində aparılan iqlim danışıqlarından ümumiyyətlə xəbərsizdir.
İndiyə qədər bütün COP-larda iqlim dəyişikliyi ilə mübarizə sahəsində "Qlobal Cənub” üçün əlamətdar qərarlar qəbul edildiyi məlumdur.
Bu baxımdan, Ermənistan xarici işlər nazirinin səsləndirdiyi fikirlər yalnız COP29-un deyil, ondan əvvəlki bütün COP-ların da ev sahiblərinə hörmətsizlikdir.
COP29-a gəldikdə isə qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi hesab olunan Bakı COP-u həm təşkilatçılığın səviyyəsi, həm də danışıqların yekununda əldə olunmuş nəticələrə görə ən uğurlu COP-lardan biri kimi qəbul edilir.
Bakı İqlim Maliyyəsi Hədəfi qərarına əsasən, əvvəllər inkişaf etmiş dövlətlər tərəfindən inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı fəaliyyətlərini maliyyələşdirmək üçün dövlət mənbələrindən ayrılması nəzərdə tutulan illik 100 milyard ABŞ dolları məbləğində hədəf Bakıda 3 dəfə artırılaraq 300 milyard ABŞ dollarına qaldırılıb. Həmin qərara əsasən, eyni məqsədlər üçün bütün mənbələrdən (həm dövlət, həm də qeyri-dövlət) əldə olunması nəzərdə tutulan məbləğ 1,3 trilyon ABŞ dolları olaraq müəyyən edilib.
Bakı COP-u həmçinin 10 ilə yaxındır davam edən və indiyə qədər əvvəlki COP-larda nəticə əldə etməyin mümkün olmadığı karbon bazarları mexanizminin (Paris Sazişi Kredit Mexanizmi) işə salınması ilə bağlı qərarın qəbulu ilə də yadda qalıb. Bu çərçivədə də "Qlobal Cənub” ölkələrinin iqlim maliyyəsindən geniş şəkildə faydalanması mümkün olacaq.
COP29 "Qlobal Cənubun” xüsusi əhəmiyyət verdiyi İtki və Zərər Fondunun işə salınması baxımından da əlamətdar olub.
COP29 sədrliyinin xüsusi səyləri nəticəsində əldə olunmuş bu uğurlar Bakı COP-unun nailiyyətlərinin yalnız bir qismidir.
Hazırda qlobal iqlim ictimaiyyəti üçün başlıca prioritet Bakı COP-nun nəticələrinin icrası və Belemdə keçiriləcək növbəti COP-a hazırlıqdır.
Ümidvarıq ki, Belem COP-u da iqlim danışıqlarında növbəti irəliləyiş olacaq.























































