Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri, El Gücü” QHT təşkilatının qərb zonası üzrə Qadınlar Şurasının sədri, Pərvanə İmamquliyeva "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə Azərbaycan xanımlarını təbrik etdi.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri, "El Gücü” QHT təşkilatının qərb zonası üzrə Qadınlar Şurasının sədri, Gəncə şəhər GDRTİ-nin MTM üzrə YAP-nın sədri Pərvanə İmamquliyeva Azərbaycan xanımlarına səmimi təbriklərini çatdırıb. O, qadınların cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirərək, onların ailədə, iş həyatında və ictimai fəaliyyətlərdə oynadıqları mühüm roldan danışıb.
Pərvanə İmamquliyeva bildirib ki, Azərbaycan qadını tarix boyu öz zəkası, əzmkarlığı və fədakarlığı ilə seçilib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınlarına daim yüksək qiymət verdiyini və onların cəmiyyətin aparıcı qüvvələrindən biri olmasını dəstəklədiyini vurğulayıb. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında qadınların hüquqlarının qorunması, onların sosial və iqtisadi sahələrdə daha fəal iştirak etməsi üçün geniş imkanların yaradıldığını qeyd edib.
Pərvanə İmamquliyeva Azərbaycan qadınının gücünü və iradəsini xüsusilə Vətən müharibəsi dövründə bir daha nümayiş etdirdiyini bildirib. O, şəhid analarına, həyat yoldaşlarına, bacılarına və qızlarına dərin ehtiramını ifadə edərək, onların səbrini, mərdliyini və vətənpərvərliyini yüksək qiymətləndirib. Azərbaycan qadınları təkcə ailədə deyil, eləcə də dövlət quruculuğunda, siyasətdə, elm və təhsil sahəsində, mədəniyyətdə, səhiyyədə, biznesdə və digər sahələrdə böyük nailiyyətlər əldə ediblər.
Gənc nəslin tərbiyəsində, milli dəyərlərin qorunub saxlanılmasında qadınların mühüm rol oynadığını vurğulayan Pərvanə İmamquliyeva, xüsusilə müəllim və tərbiyəçilərin fədakarlığını qeyd edib. O, Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasının kollektivi adından bütün müəllim və tərbiyəçiləri bayram münasibətilə təbrik edərək, onların çətin, lakin şərəfli işlərində uğurlar arzulayıb.
Pərvanə İmamquliyevabütün Azərbaycan xanımlarına sağlamlıq, ailə səadəti, işlərində uğurlar və xoşbəxtlik arzulayıb. Qeyd edib ki, hər bir qadın cəmiyyətin ayrılmaz hissəsi və ailənin təməlidir. Onların sevgisi, qayğısı və zəhməti ilə dünya daha gözəl və mənalı olur.
Bayramınız mübarək, əziz Azərbaycan xanımları!
PS: Xezertv.info, Arasdirma.com, Ulusestv.az, Merhemet.tv və Zeferyolu.az redaksiyasının kollektivi adından Pərvanə xanım İmamquliyevanı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Siz həyatın gözəlliyini, mərhəməti və sevgini özündə birləşdirən dəyərli bir xanımsınız. Qoy həmişə sevinc, xoşbəxtlik və uğurlar sizinlə olsun. Həyatın hər bir anı sevgi və gözəlliklə dolsun, arzularınız gerçək olsun! Üzünüzdə təbəssüm əskik olmasın!






















































