18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
DİM təhsil müəssisələrinə sənəd qəbulunun vaxtını niyə uzadıb? (AÇIQLAMA)
Dövlət İmtahan Mərkəzi Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıb. Elan edilən qərara görə, sənəd qəbulu dünən, yəni martın 5-də başa çatmışdı. Yeni qərara görə isə ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün, yəni martın 6-da saat 13:00-da başa çatıb.
Dövlət İmtahan Mərkəzi Ali və orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulunun vaxtını niyə uzadıb?
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, birinci səbəb abituriyentlərin elektron ərizələrinin tamamlama və təsdiqləmə prosesində baş verən gecikmədir: "Dövlət İmtahan Mərkəzi (DİM) illərdir elektron ərizə qəbulu sistemini tətbiq etsə də, hər il müəyyən sayda abituriyent texniki problemlər, məlumat azlığı və ya fərdi gecikmələr səbəbindən vaxtında qeydiyyatdan keçə bilmir. Vaxtın uzadılması ənənəvi bir addımdır. İkinci səbəb bəzi məktəblərin məzunlarının sənəd qəbulu prosesinin vaxtında hazır olmaması və ya attestat sənədlərinin gecikməsidir. Xüsusilə bölgələrdə attestat və digər tələb olunan sənədlərin vaxtında alınmaması, məktəblərin bəzi hallarda sənədləri gec təqdim etməsi abituriyentlərin ərizə təsdiqləməsinə mane ola bilər. Üçüncü səbəb əvvəlki illərin məzunlarının sənəd qəbulu ilə bağlı gec qərar verməsidir. Hər il müəyyən sayda məzun iş tapmaqda çətinlik çəkdiyi və ya əvvəlki illərdə universitetə qəbul ola bilmədiyi üçün təkrar imtahanda iştirak etməyi seçir. Bu abituriyentlər bəzən sənəd qəbulu prosesinin sonlarına yaxın qərar verdikləri üçün ərizə qəbulu müddətinin uzadılması onların iştirakını təmin etməyə yönəlik bir addım ola bilər”.
Ekspert hesab edir ki, dördüncü mümkün səbəblərdən biri DİM-in ərizə qəbulu statistikasına əsasən gözlənilən müraciət sayının hələ tam tamamlanmamasıdır:
"Adətən qəbul prosesində abituriyentlərin əksəriyyəti sənədlərini son günlərdə təqdim edir. Əgər DİM ilkin mərhələdə planlaşdırdığı qədər müraciət almayıbsa, müəyyən kəsimlərin ərizə verə bilməsi üçün vaxtın uzadılması qərarı verilə bilər. Beşinci faktor isə texniki problemlər ola bilər. Əgər qəbul portalında yüklənmə ilə bağlı problemlər yaşanıbsa və bəzi abituriyentlər ərizələrini təsdiq edə bilməyiblərsə DİM bu cür halların qarşısını almaq üçün əlavə vaxt tanıya bilər”.
Kamran Əsədov bildirib ki, sənəd qəbulunun vaxtının uzadılması həm abituriyentlərin hüquqlarını qorumaq, həm də imtahan və qəbul prosesində iştirak etmək istəyən bütün namizədlərə bərabər imkan yaratmaq məqsədi daşıyır:
"Bu, həm də abituriyentlər arasında vaxtın idarə olunması ilə bağlı ciddi problemlərin olduğunu göstərir və gələcəkdə bu cür gecikmələrin qarşısını almaq üçün maarifləndirmə işlərinin daha da gücləndirilməsini tələb edir”.
Bahar Rüstəmli





















































