Xəbər Lenti
Bugün, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Dünən, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 11:48
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
16-10-2026, 09:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
15-10-2026, 18:13
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Ali məktəblərə və kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edildi
Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Bu barədə DİM-dən xəbər verilib.
Bildirilib ki, aşağıdakı kateqoriyadan olan abituriyentlər aprelin 6-dan 25-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər.
Bu il buraxılış imtahanı vermiş, lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;
Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları. Bu abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə bilərlər.
Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.
Qeyd: Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlər çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda qeydiyyatdan keçə bilərlər.























































