Menu
Xəbər Lenti
Nazirdən yeni təyinat
Bugün, 09:21

Nazirdən yeni təyinat

Martda neçə gün evdəyik?
1-03-2025, 09:43

Martda neçə gün evdəyik?

PKK atəşkəs elan etdi
1-03-2025, 08:08

PKK atəşkəs elan etdi

Qaxa 75 sm qar yağdı
1-03-2025, 08:06

Qaxa 75 sm qar yağdı

İsmayıllıda zəlzələ oldu
28-02-2025, 07:42

İsmayıllıda zəlzələ oldu

04 Mart 2025 09:26Manşet / Gündəm / Səhiyyə

Tibbi Turizmdə Azərbaycanın mayakına çevirilən Bioloji Təbabət – İnteqrativ Müalicə Mərkəzi

 

Azərbaycan tibb sahəsində innovativ yanaşmaları ilə seçilən və ölkəmizi tibbi turizm sahəsində ön plana çıxaran Bioloji Təbabət – İnteqrativ Müalicə Mərkəzi, pasiyentlərə unikal müalicə üsulları təqdim etməklə fərqlənir. Bu mərkəz, müasir tibbin və təbii müalicə metodlarının vəhdətini yaradan yanaşması ilə sağlamlıq sahəsində mayak rolunu oynayır.


Bioloji Təbabətin Mahiyyəti və Üstünlükləri


Bioloji təbabət ənənəvi və inteqrativ tibbi müalicələri özündə birləşdirərək, orqanizmin təbii sağalma potensialını gücləndirməyə yönəlmişdir. Burada xəstəliklərin yalnız simptomatik müalicəsi deyil, həm də onların yaranma səbəblərinin aradan qaldırılması əsas prinsip kimi qəbul edilir.


Mərkəzin əsas üstünlükləri:
Fərdi yanaşma: Hər bir pasiyentin sağlamlıq vəziyyəti nəzərə alınaraq ona uyğun müalicə planı hazırlanır.
Təbiətə əsaslanan müalicələr: Bioloji terapiya, homeopatiya, ozon terapiyası, akupunktura və digər müalicə metodları tətbiq olunur.
Dünya standartlarına uyğun xidmətlər: Almaniya, İsveçrə və digər qabaqcıl ölkələrin tibbi standartlarına əsaslanan prosedurlar həyata keçirilir.
Ekoloji təmiz müalicə üsulları: Orqanizmin toksinlərdən təmizlənməsi, immun sisteminin gücləndirilməsi və metabolik balansın bərpa olunmasına yönəlmiş üsullar tətbiq olunur.


 

Tibbi Turizmdə Azərbaycanın Lider Mərkəzi


Azərbaycanın füsunkar təbiəti, müasir tibbi infrastrukturu və keyfiyyətli tibbi xidmətləri, xarici turistlərin də diqqətini cəlb edir. Bioloji Təbabət – İnteqrativ Müalicə Mərkəzi, Avropadan, MDB ölkələrindən və Yaxın Şərqdən gələn pasiyentlər üçün cəlbedici məkanlardan birinə çevrilib. Mərkəzdə təqdim olunan unikal müalicə protokolları, xaricdə bahalı prosedurlara alternativ olaraq daha əlçatan qiymətlərlə təklif edilir.


Bu mərkəz, sağlamlığına dəyər verən hər kəs üçün yeni bir ümid qapısıdır və Azərbaycanın tibbi turizm sektorunda mövqeyini daha da gücləndirir!


Ölkə Prezidentinin   tibbi turizmlə bağlı dövlət siyasətinə ilk dəstək verən özəl klinikalar içərisində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin özünəməxsus uğurları var. Son illərdə onlarla Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və  Qırğızıstan vətəndaşlarının səhhətində yaranmış ağır problemlərlə bağlı Müalicə Mərkəzinə  müraciət etməsi sayəsində  Azərbaycn artıq tibbi turizm sahəsində  ixrac edən deyil, idxal edən bir ölkəyə çevrilib. Həmin əcnəbi pasientlər İnteqrativ Tibb üsulları ilə müalicə barədə ətraflı araşdırma aparandan sonra bu müalicənin üstünlüklərinə inanaraq  öz sağlamlıq problemlərinin həllini klinikanın peşəkar həkimlərinə etibar ediblər. Qeyd edək ki, bu pasientlərin hamısı illərlə düçar olduqları xəstəliklərinə çarə tapmaq üçün müxtəlif xarici ölkələrin öndə gedən klinikalarında müalicə alsalar da heç bir nəticə almadıqlarına görə son ümid yeri kimi Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini seçiblər. Məhz kimyəvi preparatlardan fərqli olaraq orqanizmə heç bir zərər verməyən İnteqrativ Tibb metodlarının köməyilə sağalıb öz ölkələrinə qayıdıblar.Onların müalicələrinin uğurla nəticələnməsi  sərhədlərimizdən kənar digər ölkələrin  vətəndaşlarının da diqqətini çəkib.


 

Sentyabrın 27-də Qırğızıstanın Bişkek şəhərində keçirilən 1-ci beynəlxalq konfransda  tibbi turizmlə bağlı məsələlərə də toxunulub. Müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbir “Fizioterapiya və reablitasiyanın effektivliyinin artırılmasında yeni yanaşmalar” mövzusunda idi.Qırğızıstanın səhiyyə nazirinin, Tibb Universitetinin professor və müəllimlərinin qatıldığı konfransa Yaponiya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan  və digər ölkələrin nümayəndələri  ilə yanaşı  Azərbaycandan da həkim və mütəxəssislər dəvət olumuşdu.Ölkəmizi beynəlxalq miqyaslı bu tədbirdə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təsisçisi və direktoru Elxan Yaqubov, fizioterapiya və reablitasiya mərkəzinin rəhbəri, həkim-fizioterapevt Nuriyyə Əlibəyli və Qanın canlı mikroskopiyası mütəxəssisi, həkim Amalya Rəhimova təmsil edirdi.20-dən çox məruzəçinin çıxışı dinlənilən konfransda iştirakşılar Nuriyyə Əlibəylinin  “Dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində fizioterapiya və reablitasiyanın effektivliyini artırmaq üçün  kompleks mealicənin tərkibinə İnteqrativ Tibb metodlarının  da əlavə olunması” mövzusundakı çıxışını maraqla qarşılayıblar. Azərbaycanlı məruzəçinin çıxışındakı autoimmun və degenerativ xəstəliklərin müalicəsində  İnteqrativ Tibb  üsullarının köməyi ilə alınan uğurlu nəticələrin videogörüntüləri daha çox marağa səbəb olub.


 

Foyenin Bioloji Təbabət İnteqrativ  Müalicə Mərkəzi üçün ayrılan guşəsində Amalya xanım Rəhimova  tədbir iştirakşılarına  İnteqrativ tibb metodları barədə ətraflı məlumat verib. Daha sonra onlara İnteqrativ tibbin üstünlüklərini əks etdirən kitabça, buklet və flayrlar  paylanılıb.


Konfransdan sonrakı gün Azərbaycanlı həkimlər  Bişkekdəki reablitasiya mərkəzlərindən birinin rəhbərliyinin xahişi ilə artrit, artroz, qırmızı qurd eşənəyi, psoriaz və digər autoimmun xəstəliklərdən əziyyət çəkən pasientləri qəbul ediblər.Bununla da həkimlər İnteqrativ Tibbin müxtəlif xəstəliklərin  müayinə və müalicəsinə  fərqli yanaşma metodunu qırğızıstanlı həmkarlarına əyani şəkildə nümayiş etdiriblər.Yeni və fərqli yanaşma qırğız həkimlərində çox maraqlı təəssürat yaradıb. Bu səbəbdən onlardan bəziləri İnteqrativ Tibb metodu ilə müalicəni öyrənmək üçün hətta Azərbaycana gəlmək istədiklərini bildiriblər. Hətta məsul şəxslərlə degenerativ və autoimmun xəstəliklər problemi olan pasientlərin müalicə üçün  ölkəmizə göndərilməsi barədə danışıqlar da aparılıb.


Qırğızıstan səfəri BiolojiTəbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri üçün tibbi turizm sahəsində atılan daha bir uğur kimi  də yadda qalıb.


 

FəridFaiqoğlu

Xezertv.info-nunrəhbəri

AJB-nin üzvü