Menu
Xəbər Lenti
Sabunçuda işıq olmayacaq
13-02-2025, 08:12

Sabunçuda işıq olmayacaq

Bayramov Almaniyaya getdi
13-02-2025, 08:06

Bayramov Almaniyaya getdi

13 Fevral 2025 09:00Manşet / Gündəm / Səhiyyə

Yaxşıya yaxşı demək vicdan haqqımızdır!

 

Azərbaycanda son zamanlar plastik tibbi fəaliyyətlə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarla yoxlanılması bu sahədə çalışan həkimlərin peşəkarlığının qanuni olub-olmamasının əsaslı şəkildə üzə çıxardı. Vətəndaşlardan daxil olançoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində plastik tibbi fəaliyyətlə məşğul olan plastik cərrahların qanuni əsaslarla yoxlanılmasına başlanıb. Məlum olduğu kimi Səhiyyə Nazirliyində yaradılan,Baş prokurorluq, Daxili işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət xüsusi təftiş komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır. Burada plastik cərrahların bundan sonrakı fəaliyyətini hüquqi formada tənzimlənməsi və qanuni əsaslarla fəaliyyətinə qiymət veriləcək. Plastik cərrahların qanunsuz fəaliyyəti ilə baglı son zamanlar mətbuatlar müxtəlif xəbər portalı və saytlarda jurnalistlərin bu mövzuda işıqlandırdıqları materiallar və qanuni fəaliyyətlə məşğul olan həqiqi peşakar savadlı və təcrübəli həkimlərimizin qeyri-peşəkar həkimlərin fəaliyyətindən dolayı böyük peşəkarları gündəmə gətirmək ən azı ədalətsizlikdir.


ÇAĞIRIŞ! Peşəkar həkimlərimizin tək Azərbaycanda deyil hüdudlarımızdan uzaqlardada tanınması Azerbaycan adlı ulu məmləkətin səhiyyə sahəsində aparılan islahatlara bir uğur göstəricisidir. Bu mövzunu qələmə alarkən və düşünərək...


Heç kimə iltifat göstərmədən nədə ki, olanları vəsf edib gördüklərimden kənara çıxmayacaq bir az da təsirlənərək şəxsiyyətinə, peşəsinə və hər zaman qəlbi Allah sevgisi ilə döyünən peşəkar bir həkimdən, rekonustruktiv plastik cərrah Dilqəm Məhərrəmovdan gedir. Və bu mövzunu söz azadlığına söykənərək bəzi jurnalistlərin belə həkimlərimizin fəaliyyətinə müxtəlif sifarişli qərəzdən dolayı kölgə salması düşünərdim ki, tədqirəlayiq mövzudan uzaqdır!


Uzun illərdi intellektual səviyyəsi, elmi biliyi və təcrübəsi ilə bir çox insanların sevgisini qazanan və tibbi fəaliyyətlə dönəmində Allahın izni ilə heç bir tibbi əməliyyat zamanı uğursuzluq etməyən peşəkar həkimi qeyri-peşəkarlarla yanaşı tutmaq həqiqi mənada ədalətsizlikdir! Bu mövzunu uzun-uzadı yazmaq nədə ki, qərəzli mövqedən çıxış edərək heç kəsin işgüzar fəaliyyətinə xələl gətirmək fikrində deyiləm.


44 Vətən Muharibəsində Travmatalogiya və Orta Pediyatriya İnustutuna yaralı əsgər və zabitlərimizin  amansız müharibədən aldıqları böyük fəsadlardan dolayı, onların üzündə azda olsa ümüdlü bir sevinc görünürdü. Niyə sualını verərkən cavabı belə səslənərdi. Məhz, onların dilindən eşitdiyimiz söz bu oldu...


Bəli bu çətin əməliyatımızın öhtəsindən gələn Dilqəm Məhərrəmov oldu. Tək həkim kimi deyil qəlbində, ürəyində həyat eşqi sönən yaralı əsgər və zabitlərimizə ruh verən həkimin Ali dəyərlərindən də danışaq. Həmin andan qısa vaxt sonra 300-dən çox şəhid qazı və müharibə veteranı uşaqlarını bütövlükdə tibbi müayinə etdirərək daha sonra sünnət aksiyasını keçirərək ailələrə bəxş etdiyi bu xırda sevinc Vətənpərvərlik deyil bəs nədir?  


 

Nail Amin Zaman

Xezertv.info-nun icraçı direktoru