Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
İranda 14 yaşlı qızlar da plastik əməliyyat etdirə biləcək
İranda plastik əməliyyat üçün yaş həddi qızlar üçün 14, oğlanlar üçün isə 16-ya endirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa məlumat verib.
Yaş həddinin daha əvvəl 18 olduğunu bildirən Rezmpa əlavə edib ki, böyümə, fiziki və psixoloji inkişaf, emosional yetkinlik kimi faktorlar insanın əməliyyata uyğunluğunun müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir.
O, ölkədə plastik əməliyyatlara tələbatın artdığını vurğulasa da, aparılan əməliyyatların sayı ilə bağlı heç bir məlumat verməyib.
Mütəxəssislərin fikrincə isə həmyaşıdların təzyiqi, medianın təsiri və üstünlük təşkil edən mədəniyyət normaları İranda plastik əməliyyata tələbatın artmasına təkan verir.























































