ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov: "ƏSL VƏTƏNDAŞ, İŞİNİN PEŞƏKARI, LƏYAQƏTLİ İNSAN".
"Azərişıq" ASC-nin sədri Vüqar Əmhədov, Azərbaycanın işıqlanmasına, enerji təminatının dayanaqlı və etibarlı olmasına böyük töhfələr verən bir rəhbər kimi tanınır. O, öz fəaliyyətində daim Ulu Öndər Heydər Əliyevin məktəbində formalaşan dövlət idarəetmə prinsiplərinə sadiq qalaraq, bu siyasəti yeni münbit şəraitdə, Prezident cənab İlham Əliyevin strateji baxışlarına uyğun şəkildə davam etdirir. Onun rəhbərliyi altında "Azərişıq" ASC-nin fəaliyyəti şəffaflıq, innovativ yanaşma və vətəndaşlara xidmətin keyfiyyətinin daima yüksəldilməsi prinsiplərinə söykənir.
Vüqar Əmhədov eyni zamanda şəhid ailələrinə, qazilərə və sosial həssas təbəqəyə xüsusi diqqət ayırmaqla tanınır. O, bu istiqamətdə irəli sürülən dövlət proqramlarını səmərəli şəkildə icra etməklə yanaşı, şəxsi təşəbbüsə və humanist yanaşması ilə də cəmiyyətə örnək olur. O, hər zaman dövlətimizin Qarabağda və şərqi Zəngəzurda apardığı yenidən qurma və bərpa proseslərinə dəstək verərək, Azərbaycanın enerji infrastruktunun mükəmməl formalaşmasına nail olmağı qarşısına məqsəd qoyub.
Vüqar Əmhədovun idarəetməsi altında "Azərişıq" ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək Azərbaycanın enerji sektorunun modernləşdirilməsi istiqamətində böyük addımlar atır. Bu proses dövlətin prioritet istiqamətləri ilə uzlaşır və Prezident İlham Əliyevin "yaşıl enerji" konsepsiyasına uyğun olaraq günəş və külək enerjisi sahələrində yeni stansiyaların yaradılması, elektrik enerjisinin paylanması sisteminin optimallaşdırılması və itkilərin minimuma endirilməsi istiqamətində konkret işlərin həyata keçirilməsi ilə diqqət cəlb edir.
Bundan başqa, Vüqar Əmhədov işçilərin sosial rifahının qorunması və onların iş şəraitinin daima yüksəldilməsi istiqamətində də fəal addımlar atır. "Azərişıq" ASC-nin kollektivinin işə peşəkarcasına yanaşması, vətəndaşlara keyfiyyətli xidmət göstərməsi onun yaratdığı idarəetmə modelinin effektivliyini təsdiqləyir. O, tələbkar rəhbər olmaqla yanaşı, ədələtli və humanist prinsipləri ilə də tanınır.
Vüqar Əmhədovun fəaliyyəti Azərbaycanda enerji sektorunun davamlı inkişafına, onun dünya səviyyəsindən geri qalmamasına və dövlət siyasətinin layiqincə icra olunmasına sərhədsiz töhfələr verməkdədir. O, öz dövlətə sadiqliyi, vətəndaşların sosial rifahına verdiyi diqqət və sektorunun dinamik inkişafına dair ortaya qoyduğu strategiyalarla çoxsaylı nümunələr yaradır. Belə görünməyən fəaliyyətlərı ilə Vüqar Əmhədov təkcə "Azərişıq" ASC-nin deyil, Azərbaycan Respublikasının enerji sektorunun da ışıqlı gələcəyini şəkilləndirir.
Fərid Faiqoğlu
Baş redaktor























































