Menu
Xəbər Lenti
15 Ock 08:56Manşet / Gündəm

Uşaqların maraq dairəsinin düzgün istiqamətləndirilməsində müəllimin rolu

 

Məktəb hər bir uşağın həyatında böyük rol oynayır. Uşaqlar məktəbdə müxtəlif istiqamətlərdə biliklərə yiyələnir,  öyrəndiklərini tətbiq edir və öz qabiliyyətlərini kəşf edir. Uşaqların özünü kəşf etməsində isə müəllimin rolu böyükdür. Görkəmli pedaqoq M.T.Sidqi demişdir : “Hər bir uşağın taleyi müəllimlərinin dodaqları arasındadır "Bəli , məlumdur ki hər bir uşaq öz müəlliminin bacarıq və qabiliyyətini, pedaqoji səriştəliyinin nəticəsini öz həyatında hiss edir. Bu zaman-zaman uğurlu və ya uğursuz hallarla hiss edilir. Bəs müəllim uğurlu nəticələr əldə etmək üçün nə etməli?

Hər bir müəllim uşağa fərdi yanaşmalı onun qabiliyyət və bacarıqlarını müəyyənləşdirməlidir ki, uşağın maraq dairəsinidə  düzgün istiqamətləndirə bilsin .

Bu yöndə xüsusi söhbətlər, uşağı dinləmək, istəklərinə hörmətlə yanaşmaq, uşağın qabiliyyətinin nəyə qadir olduğunu müəyyənləşdirmək, onun anlaya biləcəyi dildə çatışan və çatışmayan məqamları izah etmək, onda ilkin fikirlər yaratmaq ilkin mərhələdir. Çünki qabiliyyətsiz uşaq olmur. Uşaqın qabiliyyətlərini məhdudlaşdıran mühit olur. 

Elə uşaqlar var ki, onlarla istənilən nəticə əldə etmək üçün böyük səbr və sevgi lazımdır. Çünki uşaqların psixologiyası müxtəlifdir. Müxtəlif psixologiyalı uşaqlarla işləmək isə pedaqoji səriştə tələb edir .Bunun üçündə müəllim daima təcrübə və bacarıqlarını inkişaf etdirməlidir. Çünki bacarıqlı müəllim səbrli və sevilən  pedaqoqdur. Müəllimin bacarıqlı olması onun yetişdirdiyi uşaqlarda da əks olunur .

Əgər müəllim bir uşağın qabiliyyətini üzə çıxarmaq istəyirsə, öncə özünü pedaqoq kimi yetişdirməlidir . Fərdi yanaşma üsullarından, dinləmə və müşahidə etmə istiqamətlərindən istfadə edərək uşağı kəşf etməlidir. Bunun nəticəsində müəllim uşağı kəşf edərək istiqamətləri müəyyənləşdirir, qabiliyyət və bacarıqlarını düzgün yönləndirir.

Beləliklə uşaqda özgüvən formalaşır. Bacarıqlarını kəşf etməyə başlayır. Düzgün yönləndirmə  aktivlik yaratmaqla yanaşı  özünə inanaraq bacardıqlarını asanlıqla yerinə yetirmək  vərdişləri formalaşdırır. Uşaqlarda müşahidə etmə hər zaman aktifdir .Onlar istedadlı yoldaşlarının uğurlarından nümunə götürərək öz qabiliyyətlərini göstərməyə həvəslənirlər. "Məndə bacararam!" fikrini formalaşdırır.  Nümunəvi vərdişlər uğurlu addımlara aparır. Uğurlu addımlar isə stimulverici mərhələyə start verir. Beləliklədə müəllimin əməyi sevindirici nəticələr verir.                                                                Müəllim daima çalışmalı,yüksək pedoqoji bilik ve bacarıqlara sahib olmalıdır. Beləliklə də uşaqların istedadını ortaya çıxarmaqda uğurlu nəticələr qazanar.


Mehbarə Salayeva                                                                                                       Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji Fakültəsinin

II kurs tələbəsi