Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Çernobılda mavi itlər peyda oldu - Foto
Ukraynanın Çernobılda yerləşən nüvə qəzası zonasında yaşayan bəzi itlərin mavi tüklərinin görünməsi alimləri təəccübləndirib.
“Qafqazinfo” xəbər verir ki, bölgədəki heyvanlara illərdir baxan “Dogs of Chernobyl” (“Çernobılın itləri”) adlı könüllü qrupun paylaşdığı görüntülərdə ən azı bir it tamamilə mavi rəngə boyanmış görünür.
“Keçən həftə bu itlər mavi deyildilər. Niyə belə oldu, bilmirik. Durumu anlamaq üçün onları yaxalamağa çalışırıq. Böyük ehtimalla, hansısa kimyəvi maddəyə toxunublar”, - könüllülər bildiriblər.
Rəsmi şəxslər isə rəng dəyişiminin narahatlıq yaratdığını qeyd etsələr də, itlərin “aktiv və sağlam” olduğunu vurğulayıblar.
2017-ci ildən fəaliyyət göstərən “Dogs of Chernobyl” qrupu qadağan edilmiş bölgədə yaşayan təxminən 700 itə hər il yemək və tibbi qulluq göstərir.
Bu heyvanlar 1986-cı ildə baş verən Çernobil nüvə qəzası zamanı insanlardan geridə qalmış ev heyvanlarının nəsilləridir. Qəzadan sonra insanlar yüksək radiasiya təhlükəsi səbəbindən bölgəni tərk etmişdi. İnsanların yoxluğunda isə təbiət Çernobıl Xüsusi Bölgəsində yenidən hökm sürməyə başlayıb.
Hazırda bölgədə radiasiya səviyyəsi 11,28 milirem olaraq ölçülür ki, bu da insanlar üçün icazə verilən normanın təxminən altı qatıdır.
Sosial mediada istifadəçilər mavi tüklərin müvəqqəti kimyəvi təsirdən qaynaqlana biləcəyini irəli sürüblər.
2024-cü ildə dərc olunmuş bir araşdırma göstərib ki, bu itlər yalnız sağ qalmaqla kifayətlənmir, həm də radiasiya, ağır metallara və ətraf mühitin çirklənməsinə qarşı genetik adaptasiya qazanıblar.
























































