Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi
ABŞ Rusiya şirkətlərinə və enerji sektoru ilə əlaqəli şəxslərə qarşı sanksiyalar paketini genişləndirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə bildirilib.
Sənəddə Azərbaycanəsilli rusiyalı iş adamı, LUKOİL şirkətinin keçmiş prezidenti, hazırkı həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərovun da adı qeyd olunub.
Məlumat üçün deyək ki, Yusif Ələkbərov Rusiyanın neft-mədən xidmətləri şirkəti “Welltech” və EKTO MMC-nin təsisçisi və sahibidir.
O, 1990-cı ildə Moskvada anadan olub. Rusiya mətbuatında yayılan xəbərlərdə iş adamı bahalı avtomobilləri ilə də gündəmdədir.
2016-cı ildən Yusuf Ələkbərov EKTO MMC-nin sahibidir. Bu, neft-mədən xidmətləri də daxil olmaqla, müxtəlif bizneslərə nəzarət edən holdinqdir. “Welltech”i isə 2023-cü ildə təsis edib. Milyarder “Forbes”in dərc etdiyi ən zəngin rusiyalı iş adamları reytinqinə liderlik edib.
Bildirilib ki, sanksiyalarda adıçəkilən şəxslərin ABŞ-də olan bütün əmlakları bloklanır.
Bundan əlavə mülkiyyətində hər hansı əmlak və ya maraqları əhatə edən bütün əməliyyatlar nazirlik tərəfindən qadağan edilir.
Qeyri-ABŞ vətəndaşları üçün də bilərəkdən və ya bilməyərəkdən sanksiyalardan yayınan davranışlarda iştirak etmək qadağandır.
Əlavə edək ki, sanksiya siyahısına Rusiya neftinin ticarətində şübhəli bilinən 183 neft tankeri və bir sıra xarici şirkətlər və şəxslər daxildir.





























































