Xəbər Lenti
11-05-2026, 17:33
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
10-05-2026, 19:08
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
10-05-2026, 18:59
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
10-05-2026, 18:05
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
10-05-2026, 11:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
10-05-2026, 11:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
10-05-2026, 11:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
10-05-2026, 10:57
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
10-05-2026, 10:53
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
10-05-2026, 10:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
10-05-2026, 10:46
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
10-05-2026, 10:38
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
10-05-2026, 10:33
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
10-05-2026, 10:05
Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov: “Ulu Öndər Heydər Əliyev – Azərbaycanda sabitliyin təminatçısı”
10-05-2026, 10:00
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
10-05-2026, 09:33
“Embawood” şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarıdır”
10-05-2026, 09:15
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
10-05-2026, 09:05
Quba 9 Saylı XTY İstismar İdarəsinin rəhbəri İlham Cəbrayılov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan yol strategiyasının inkişafı”
10-05-2026, 09:00
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
9-05-2026, 20:54
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 19:31
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 18:54
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
9-05-2026, 18:49
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
9-05-2026, 18:44
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
27 Mart 2023 22:06Mədəniyyət
Xalq artisti Ələsgər Ələkbərovun anadan olmasından 113 il ötür
Adı sənət tariximizin qızıl fondunu bəzəyən görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti Ələsgər Ələkbərovdan söz düşəndə, ilk növbədə, gözlərimiz önündə onun ekranda yaratdığı azərbaycanlı kişisinin təbii obrazı - Rüstəm kişi canlanır. Ə.Ələkbərov həqiqətən dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun səhnədə, ekranda görünməsi tamaşaçılara, demək olar ki, təkrarsız və unudulmaz anlar bəxş edirdi.
AZƏRTAC xəbər verir ki, bu gün böyük sənətkarın anadan olmasının 113-cü ildönümü tamam olur.
Ə.Ələkbərov 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə İ.Əbilov klubundakı dram dərnəyinə gedib. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli, ikinci bələdiyyə kimi yaddaqalan obrazlar yaradıb.
Ə.Ələkbərov 1933-cü ildə Akademik Dram Teatrına dəvət alıb və bu teatrda onlarla yaddaqalan rol yaradıb. Aktyorun yaratdığı iki obraz - Vaqif və Otello onun yaradıcılığının zirvəsi hesab olunur.
Unudulmaz sənətkar həm də bir sıra filmlərdə maraqlı rollar yaradıb. Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. Daha sonra “Lətif”, “Almaz”, “Kəndlilər” filmlərində çəkilib. O, “Fətəli xan” filmində baş qəhrəman obrazını da ustalıqla oynayıb.
“Ögey ana” filmindəki Hüseyn dayı – kəndin ağsaqqalı obrazı aktyorun ifasında təmkinli, sözübütöv insan təsiri bağışladığı halda, “Qara daşlar” filmindəki İsmayılzadə rolu daha ciddi xarakterə malik insandır.
Əslində, sadaladığımız bu obrazlar qalereyası aktyorun daxili dünyasına sirayət edən və eyni zamanda, daxili dünyası ilə birləşdirərək oynadığı rollardır.
Ümumiyyətlə, Ələsgər Ələkbərovun yaradıcılığında kino sənətinin xüsusi yeri olub. Kino tənqidçiləri onun yaratdığı obrazları xarakterizə edərkən qeyd ediblər ki, o, klassik aktyor sənəti məktəbinin gözəl ənənələrini yaşatmaqla yanaşı, eyni zamanda, hər aktyora müəssər olmayan yaxşı kino texnikasına malikdir.
Xalq yazıçısı Mirzə İbrahimov 1960-cı ildə yazdığı “Qartal qanadlı sənətkar” məqaləsində deyib: “Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir… Ələsgər Ələkbərov həm klassik əsərlərdə, həm də müasir əsərlərdə eyni hərarətlə oynayır. O, bizim adamların, bu gündən danışan dramlardakı qəhrəmanların surətini böyük həvəslə yaradır. Bu, çox qiymətli xüsusiyyətdir və yalnız ictimai cəhətdən deyil, estetik cəhətdən də mənalıdır”.
Ə.Ələkbərov səhnə və kino fəaliyyətinə görə 1961-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb.
Görkəmli sənətkar 1963-cü il yanvarın 31-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.