Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Trampa İlon Maskdan şikayət etdilər
Böyük Britaniyada yüksəkvəzifəli siyasətçilər ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampı milyarder İlon Maskla münasibətləri yenidən nəzərdən keçirməyə çağırıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.
Bildirilib ki, buna səbəb amerikalı sahibkarın Britaniyada daxili siyasi vəziyyətlə bağlı qiymətləndirmələri olub.
Bununla yanaşı, Trampın ABŞ-dəki həmfikirləri də İlon Maskın sosial şəbəkələrdə fəaliyyətindən narahat olduqlarını ifadə ediblər.
Belə ki, İ.Mask bir neçə gün əvvəl sahib olduğu “X” sosial şəbəkəsində paylaşım edərək Britaniyanın Baş naziri Kir Starmerin həbsxanaya göndərilməsini, sağçı fəal Tommi Robinsonun azad edilməsini, eləcə də “Reform UK” partiyasının lideri Naycel Farracın əvəzlənməsini təklif edib. Onun bu paylaşımları Britaniyada birmənalı qarşılanmayıb.
Qeyd edək ki, İlon Mask ötən ilin noyabrında ABŞ-də baş tutan prezident seçkiləri çərçivəsində Respublikaçı Donald Trampın seçkiqabağı kampaniyasına 250 milyon dollardan çox vəsait xərcləyib. Biznesmen, həmçinin Trampın xarici liderlərlə telefon söhbətlərində də iştirak edib. Yerli media milyarderin yeni administrasiyanın formalaşmasına təsir etdiyini yazıb. Mənbələrin sözlərinə görə, siyasətçinin komandası Maskın bu proseslərdə həddindən artıq fəal olmasından narazı olduqlarını bildiriblər.























































