Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
İlon Maskdan ABŞ-də prezident seçkisi ilə bağlı gözlənilməz qərar
Amerikalı milyarder İlon Mask ABŞ-də keçiriləcək prezident seçkisində kimi dəstəklədiyini açıqlayıb.
O, bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Amerikalı milyarder Respublikaçılar Partiyasını dəstəklədiyini yazıb.
“Hələ bir neçə il əvvəl mən demokratlara 100% səs verdim. İndi düşünürəm ki, bizə “qırmızı dalğa” lazımdır (qırmızı - respublikaçıların rəngidir - red.), əks halda ABŞ üçün son olacaq”, - deyə Mask bildirib.
Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülmək üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
Mənbə: TASS






















































