Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
“Türkiyə onları məğlub edən yeganə ölkədir” - Ərdoğan
“Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə İŞİD və PKK-nı məğlub edən yeganə ölkə və NATO müttəfiqidir. Biz bu təşkilatların dirçəlməsinə qətiyyən imkan verməyəcəyik ”, - Türkiyə lideri bildirib.
Suriyadakı hadisələrdən danışan Ərdoğan deyib: “Suriya qonşularının, dost və qardaş ölkələrin, Aİ və beynəlxalq təşkilatların güclü dəstəyi ilə sürətlə ayağa qalxmalıdır. Beynəlxalq ictimaiyyət Suriya xalqına 13 il ərzində lazımi dəstəyi göstərməyib. İndi bunu kompensasiya etmək mümkündür”.
Ərdoğan Dəməşqdəki Türkiyə səfirliyinin bərpası məsələsinə də toxunub: “Biz artıq 12,5 il sonra səfirliyimizi bərpa etmişik. Türkiyə bundan sonra da Suriyanın yanında olmağa davam edəcək”.























































