Xəbər Lenti
Bugün, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
Dünən, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
28-09-2026, 13:31
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
28-09-2026, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
“Bəşər Əsəd Suriyanı qoyub qaçdı” - Ərdoğan
“Bəşər Əsəd 1 milyona yaxın insanın qətlə yetirildiyi, 12 milyon insanın köç etmək məcburiyyətində qaldığı, bir çox şəhərin xarabalığa çevrildiyi Suriyanı qoyub qaçdı”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Bölgəmiz ancaq “dönüş nöqtəsi” ifadəsi ilə təsvir edilə bilən kritik inkişaflara şahidlik edir. Qonşumuz Suriyada 13 ildir davam edən vətəndaş müharibəsi dünəndən etibarən yeni miqyas alıb. Hələb, Həma, Hums və nəhayət Şam Suriyanın əsl sahiblərinin nəzarətinə keçib”, - Ərdoğan bildirib.
Türkiyə prezidenti ölkədəki suriyalıların könüllü şəkildə öz torpaqlarına qayıdışının başladığını da vurğulayıb.






















































