İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Botanika İnstitutu ilə Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb
Botanika İnstitutunun alimləri Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Bağça-Məktəb-Lisey Kompleksində olublar. Səfərin məqsədi Botanika İnstitutu ilə Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlığa dair memorandumun imzalanması olub. Memorandumu Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov imzalayıb.
Əməkdaşlıq memorandumu çərçivəsində botanika sahəsində seminarlar və təlimlər, təbiət və bitki müşahidələri, herbari inkişafı və bitki kolleksiyaları, endemik və nadir bitkilərin mühafizəsi, yaşıllaşdırma və ekoloji marifləndirmə, botanika elmində olan yeniliklər və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin bu prosesə cəlb edilməsi və birgə elmi tədqiqat işlərinin aparılması, elmin təbliği və populyarlaşdırılması istiqamətində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulub.
Məktəbin direktoru və müəllim-şagird heyətinin iştirakı ilə keçən görüşdə Botanika İnstitutunun alimləri tərəfindən yaşıllaşdırma, qida təhlükəsizliyi və ekoloji marifləndirməyə dair ustad dərsləri keçirilib, botanik alimlərin müəllifliyi ilə nəşr edilən bir sıra kitab, buklet və broşürlar məktəbin kitabxanasına təqdim olunub. “Sabahın alimləri” müsabiqəsində iştirak edəcək şagirdlər üçün layihələr təqdim edilib və onlar tədqiqatlara cəlb olunublar.
--
Hörmətlə,
AR ETN Botanika İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi
Məhsəti Qurbanova























































