Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirdi
Uzun illər ərzində əzəli Azərbaycan torpaqlarında – Qərbi Azərbaycanda, Qarabağ və ətraf rayonlarda yaşayan azərbaycanlılara qarşı Ermnistan tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti yürüdülüb, soydaşlarımız doğma yurdlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə xalqımız soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın üzləşdiyi çətinliklər, xaos ölkəmizin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Digər tərəfdən, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması riski ilə üz-üzə qoymuşdu. Artıq bu reallıq özünü daha çox göstərməyə başlaması ilə yanaşı, ölkədaxili siyasi hərc-mərcliklərin kəskinləşməsi dövlətçiliyimizin əsaslarını laxlatmağa başlamışdı.
Məhz belə bir gərgin və böhranlı vəziyyətdə xalq öz doğru seçimini və qərarını verdi. Ümummilli Lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ulu Öndər siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi. Ümummili Lider Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək, inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı.
Ulu Öndərin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi qələbə, zəfər müjdəsi ilə bu siyasəti uğurla davam etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Bu qələbə elə bir siyasətin nəticəsidir ki, təkcə ordunun gücünə qazanılan zəfər deyildi. Çünki Azərbaycanla üz-üzə dayanan yalnız Ermənistan, onun ordusu və lobbisi deyildi. Azərbaycanla qarşı-qarşıya dayanan çox böyük qüvvələr və ölkələr, siyasətlər vardı. Qazanılan zəfərdən sonra da biz onların havadarlarının verdiyi bəyanatların, mənfur qonşularımıza göstərdikləri təəssübkeşliyin şahidi olduq. Bunun üçün də Azərbaycanın ikinci bir orduya, gücə ehtiyacı var idi. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev idi. 44 gün ərzində xalqımız ölkə rəhbərinin dünyanın aparıcı informasiya vasitələrinə, televiziyalarına qətiyyət və əzmkarlıqla verdiyi müsahibələrinin şahidi oldu. Ölkə Prezidentinin bu müsahibələrdə verdiyi bəyanatlar Ermənistana, onun arxasında dayanan qüvvələrə qarşı yönəlmişdi. Bu bəyanatların hər birində qətiyyət, əzm, böyük iradə vardı.
Bir sözlə, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində qazanılan bu zəfər millətimizin əbədi iftixarıdır. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirdi. Bütün dünya Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmadığının və öz amalına qovuşduğunun şahidi oldu.
Turan KƏRİMLİ,
ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri























































