Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Azərbaycanlı iş adamı, Dərnəgül bazarının rəhbəri Şahbazov: Zəfər Günü şanlı tariximizdir
Azərbaycan oğulları Ermənistan ordusunu döyüş meydanında darmadağın etdi. Bununla da ermənilərin öz orduları haqqında uzun illər uydurduqları mif sabun köpüyü kimi partladı. Cəmi 44 gün ərzində bu “yenilməz ordu” məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini təkcə erməni işğalçılarına deyil, eyni zamanda, onların havadarlarına əyani surətdə göstərdi. Dövlətimizin başçısı xalqa bütün müraciətlərində erməni vandalizmindən geniş bəhs edir, bildirirdi ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 30 ildə necə susmağı, seyrçi mövqedə dayanmağı özləri üçün, daha dəqiq desək, maraqlarının icrası üçün çıxış yolu hesab edirdilərsə, Vətən müharibəsi dövründə də eyni ab-havanı nümayiş etdirirlər. Prezident İlham Əliyev eyni zamanda, xəbərdarlıq edirdi ki, bu cür addım atanlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətə rəvac verir. Xüsusilə müharibə dövründə Prezident İlham Əliyev xarici KİV-lərə müsahibələrində tutarlı faktlarla bəyan edirdi ki, ermənilərin azərbaycanlılara qarşı düşmənçilik siyasəti 200 ildən çoxdur ki, davam edir. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər erməni təxribatları davam edir. Ermənilər ərazilərimizdə məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Göyçayda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə- yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 000 azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Dövlətimizin başçısı bildirirdi ki, bu, tarixdir. Ermənilər saxta tarix yazmaq xülyası ilə bu reallıqları ört-basdır etmək fikrində idilər. Ermənilərin əsassız torpaq iddiası 1988-ci ildə yenidən baş qaldıraraq 30 il davam edən və bu gün artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranmasına səbəb oldu. 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində Ermənistanın həyasızlaşaraq açıq-aşkar torpaqlarımızı vermək istəmədiyi danışıqlar prosesindən yayınmalarında özünü qabarıq şəkildə büruzə verirdi.
Ermənistanın 20 faiz torpaqlarımızı işğal altında saxladığı illərdə ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həlli əsas yer tuturdu. Prezident İlham Əliyev arxada qalan dövrdə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində, necə deyərlər, onlarla Fərman və sərəncamlar imzalayıb. Dövlətimizin başçısı hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində “Bir dənə də olsun çadır şəhərciyi qalmayacaq” vədini vermişdi. Elə də oldu. Qaçqın və məcburi köçkünlərin yaşayışı üçün zəruri olan bütün imkanlar yaradılsa da, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva atılan addımların müvəqqəti xarakter daşıdığını bildirirdilər. Bu əminlik ifadə edilirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Soydaşlarımıza verilən ümid və inam fonunda yeni bir nəsil yetişdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, torpaqlarımızı işğaldan azad edən gənclər 2003-cü ildən bu yana formalaşan gənclərdir. Artıq bir ildir ki, soydaşlarımız qürurla “Biz qaçqın deyilik” söyləyərək Böyük Qayıdışa hazırlaşırlar. Qeyd etdiyimiz kimi, dövlətimiz 30 illik işğal dövründə qaçqın və məcburi köçkünlərə nə qədər yüksək şərait yaratsa da, onların öz torpaqlarına qayıtmaq istəkləri üzlərindəki nisgildən, gözlərindəki qəm-qüssədən hiss olunurdu. Elə bu ümidlə də gəlib torpaqlarına qovuşdular.
Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm! Bu gün, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan şanlı zəfərin ildönümüdür. 44 günlük Vətən Müharibəsi, ordumuzun göstərdiyi qəhrəmanlıq, iradə və birlik sayəsində düşmən işğalına son qoyaraq, ərazi bütövlüyümüzü bərpa etdi.
Bu zəfər, şəhidlərimizin, qazilərimizin və onların ailələrinin fədakarlığının bir təzahürüdür. Onların hər biri Vətən uğrunda canını fəda edərək, bizə bu azad torpaqları bəxş etdilər. Bizim borcumuz, onların xatirəsini daim yaşatmaq, göstərdikləri fədakarlığı unutmamaqdır.
8 Noyabr, yalnız müharibənin qələbəsi deyil, həm də Azərbaycan xalqının gücünü, birliyini və vətənpərvərliyini simvollaşdırır. Bu gün, biz yalnız keçmişimizi deyil, həm də gələcəyimizi düşünərək, bir daha Vətəni sevgi ilə qorumaq və yaşatmaq üçün bir araya gəlirik.
Zəfər Günü, hər birimizin qəlbində daima bir alov kimi yanar! 8 Noyabr – Zəfər Günümüz mübarək olsun!
Hazırladı: Fərid Faiqoğlu























































