ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Ev işlərinə görə hoteldə qalır - Mourinyonun dəbdəbəli həyatı
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun İstanbuldakı həyatı ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Portuqaliyalı məşqçinin İstanbulda evdə deyil, Boğazda lüks bir hoteldə qaldığı bildirilib.
Nəşr onun qaldığı hotelin 1 gecəlik qiymətinin 44 min 552 lirə olduğunu və mütəxəssisin hər axşam eyni yeməyi yediyini yazıb. Hotel işçiləri bildiriblər ki, məşqçi hər axşam toyuq şorbası, ardınca isə marqarita pizzası, dondurma və mineral su sifariş edir.
Mourinyonun Beşiktaşda sevimli dönər restoranının olduğu və ara-sıra ora getdiyi bildirilib. Qeyd olunub ki, o, işçilərə fotoşəkillər paylaşmamaq barədə xəbərdarlıq edir.
Mourinyo qonaqlarını hotelə dəvət edərək “Evimə xoş gəlmisiniz” deyə zarafat edir. Həmçinin hər gün səhər yeməyindən sonra mütəmadi olaraq hotelin hovuzunda üzür.
Xəbərdə Joze Mourinyonun ev işlərinə görə hoteldə yaşamağa üstünlük verdiyi bildirilib.
Qeyd edək ki, məşqçi 2017-ci ildə “Mançester Yunayted”i çalışdırarkən ona təklif olunan lüks villada qalmaq əvəzinə, gündəlik 600 sterlinqə lüks hoteldə qalıb, rəhbərlik isə yaşayış haqqı olaraq ümumilikdə 537 min sterlinq ödəyib.























































