ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
İlham Əliyev “Aghdam City Hotel”in açılışını etdi - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
“Oskad” şirkətinin İdarə Heyətinin sədri Oğuz Kadıoğlu dövlətimizin başçısına hoteldə yaradılan şərait barədə məlumat verdib.
Bildirilib ki, “City Hotel” Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub.
Hotelin binası 5 mərtəbədən ibarətdir. Ən müasir standartlara cavab verən hotelin binasında 130 otaq var. Burada qonaqların zövqünü oxşayan interyer işləri görülüb. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılıb. Hoteldəki restoran və barlar qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır.
Diqqətə çatdırıldıb ki, hoteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcuddur. “City Hotel”də qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradılıb.























































