“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Tyerri Anridən Karragerə “Qarabağ” dərsi - Video
Məşhur “CBS Sports” telekanalında yayımlanan verilişdə maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, tanınmış aparıcı Keyt Abdo daimi ekspertlər Ceymi Karraqer və Mayk Riçardsa bu il Avropa Liqasında oynayan klubların ölkələrini tapmaqla bağlı suallar ünvanlayıb.
Suallardan biri təmsilçimiz “Qarabağ”la bağlı olub. Belə ki, “Bu klub hansı ölkəni təmsil edir?” sualına 3 cavab variant təqdim edilib: Gürcüstan, Qazaxıstan, Azərbaycan. Riçards cavabı doğru tapsa da, Karrager isə Gürcüstanın adını çəkib.
Sonda digər ekspert, “Arsenal” klubunun və Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri klubumuz haqda məlumat verib. O, təmsilçimizin I Qarabağ müharibəsi zamanı doğma Ağdamdan didərgin düşdüyünü və oyunlarını paytaxt Bakıda keçirdiyini qeyd edib.
Sözügedən görüntüləri təqdim edirik:























































