Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

18 Sentyabr 2024 06:47Manşet / İdman

“Qarabağ”ın rəqibindən yeni transfer

 

UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayaks” heyətinə yeni oyunçu cəlb edib.

“Qafqazinfo” xəbər verir ki, “İnter”dən ayrılan Devi Klassen Niderland klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Niderland millisinin sabiq üzvü “Ayaks”a azad agent kimi qoşulub. Devi Klassen 2011-2017 və 2020-2023-cü illərdə də “ağ-qırmızılar”da çıxış edib.

Qeyd edək ki, “Qarabağ” 3-cü turda Bakıda “Ayaks”ı qəbul edəcək. Matç oktyabrın 24-də keçiriləcək.