Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Mynumber.az-da istədiyin nömrəni “SİMA İmza” ilə sifariş et!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “MyGroup Holdinq” MMC olub. Qeyd edək ki, “SİMA İmza” holdinqə daxil olan və istəyə uyğun mobil nömrələrin satışını həyata keçirən “MyNumber” şirkətinin rəsmi saytına inteqrasiya edilib. İnteqrasiya sayəsində mynumber.az saytından mobil nömrə sifariş edən vətəndaşların şəxsi məlumatlarını doldurmasına ehtiyac yoxdur. Belə ki, “SİMA İmza” sahibi olan hər kəs mynumber.az saytının yuxarı sağ küncündə yerləşdirilən SİMA bölməsinə klikləyib QR kodu skan etməklə məlumat bölməsini avtomatik doldurmuş olur. Bundan sonra isə nömrə sifarişini bir toxunuşla reallaşdırmaq və vətəndaşın adına rəsmiləşdirmək mümkündür.
Qeyd edək ki, “SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Sadəcə, mobil telefona “SİMA İmza” tətbiqini yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.























































