Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin benzin qiymətlərinin artımı ilə bağlı açıqlaması ölkədə müzakirələrə səbəb olub. O, bahalaşmanı keçmiş Prezident Co Baydenin administrasiyası dövründəki inflyasiya ilə əlaqələndirsə də, çıxışı Tramp administrasiyasına yönələn tənqidlərə yol açıb.
“Qafqazinfo” xəbər verir ki, Vens noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində Montanada keçirilən mitinqdə çıxış edib.
O, amerikalıların yüksək benzin qiymətlərindən narazılığını başa düşdüyünü bildirərək, Bayden dövründəki inflyasiyanın nəticələrini aradan qaldırmaq üçün hələ çox iş görülməli olduğunu deyib.
Vitse-prezident enerji qiymətlərinin beynəlxalq böhranlar zamanı artmasına da toxunub. Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibəsindən və əvvəlki illərdə baş vermiş qiymət artımlarından danışan Vens Demokratları enerji siyasətinə görə tənqid edib.
Onun sözlərinə görə, Demokratların belə vəziyyətlərə cavabı bir neçə külək turbini quraşdırmaqdan ibarətdir.
Vensin açıqlaması sosial şəbəkələrdə mübahisələrə səbəb olub. Bəzi istifadəçilər ABŞ və İsrailin hücumları fonunda yanacağın bahalaşmasını xatırladaraq, vitse-prezidentin öz administrasiyasını da tənqid etdiyini bildiriblər. Demokratların Senatdakı azlıq lideri Çak Şumer isə Vensin sözlərini istehzalı şəkildə şərh edərək onun uzun müddətdir söylədiyi ən doğru fikirlərdən biri olduğunu deyib.






















































