Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
“Müharibə İranın düşüncə tərzini dəyişdirməyi hədəfləyir”
“Vaşinqtonun həyata keçirdiyi hərbi əməliyyatların əsas məqsədi İranın nüvə silahı əldə etmək niyyətindən birdəfəlik imtina etməsinə nail olmaqdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, əməliyyatlar İranın düşüncə tərzini dəyişdirməyə hesablanıb.
Vensin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp ötən il həyata keçirilən “Gecəyarısı Çəkic” əməliyyatı ilə Tehranın üç əsas nüvə obyektini hədəfə alaraq, İranın nüvə silahı yaratmaq imkanlarını məhdudlaşdırmağa nail olub.
Vitse-prezident vurğulayıb ki, Vaşinqton sonradan təxminən bir il ərzində Tehranla diplomatik danışıqlar aparmağa çalışıb, lakin İranın mövqeyində ciddi dəyişiklik müşahidə olunmayıb.
Onun sözlərinə görə, Tramp administrasiyası nəticədə belə qənaətə gəlib ki, məqsədə çatmaq üçün “İran rejimində fundamental düşüncə dəyişikliyi” zəruridir:
“Prezident İran rejiminin zəiflədiyini və onların nüvə silahı astanasına çatmağa sadiq qaldıqlarını gördü. ABŞ-nin və müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün tədbir görməyin vacib olduğunu hesab etdi”, – deyə Vens vurğulayıb.
O əlavə edib ki, “Epik Qəzəb” əməliyyatının konkret, aydın məqsədi var və bu səbəbdən uzunmüddətli, illərlə davam edən münaqişəyə çevrilməyəcək.
Vensin sözlərinə görə, əsas hədəf İranın nüvə silahına sahib ola bilməyəcəyi və gələcəkdə bu potensialı bərpa etməmək üçün uzunmüddətli öhdəlik götürməsidir.
O bildirib ki, Tramp administrasiyası aydın sonluq və konkret strategiya olmadan çoxillik münaqişəyə girməyəcək.























































