Menu
Xəbər Lenti
Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

Xankəndi Stadionu açıldı
7-11-2026, 17:08

Xankəndi Stadionu açıldı

06 Avqust 2024 12:33Manşet / Cəmiyyət

Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək

 

Məlum olduğu kimi, 2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Abituriyentlər TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, ali təhsil ocağının binası Bakının Xətai rayonunda yerləşəcək.

Türkiyə-Azərbaycan Universitetinin Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcəyi deyilir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bu məlumatı təsdiqləyiblər.

BANM-in isə 2024/2025-ci tədris ilində bu il ləğv edilən Bakı Fransız Liseyinin binasında fəaliyyət göstərəcəyi qeyd olunur.