Xəbər Lenti
27-08-2026, 15:33
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
27-08-2026, 13:31
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
26-08-2026, 15:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
26-08-2026, 12:58
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
26-08-2026, 12:48
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
26-08-2026, 12:27
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
25-08-2026, 21:32
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
25-08-2026, 21:18
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
25-08-2026, 21:08
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
25-08-2026, 15:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Naxçıvan Dövlət Texniki Kollecində 14 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir

Naxçıvan Dövlət Texniki Kollecində tədris günün tələbləri səviyyəsində qurulub. Burada muxtar respublikanın tələbatı nəzərə alınmaqla orta ixtisaslı kadrlar yetişir və onlar uğurlu nəticələr əldə edirlər.
Bu fikirlər Naxçıvan Dövlət Texniki Kollecinin məzunları və kollecə yeni qəbul olan tələbələr ilə görüşdə vurğulanıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Dövlət Texniki Kolleci də bu qayğıdan bəhrələnib. Kollec üçün yeni tədris kompleksi istifadəyə verilib. Kompleksdə yaradılan auditoriyalar, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun fənn kabinələri, kompüter otaqları, kitabxana və elektron vəsaitlər burada təhsil alan gənclərin savadlı, bacarıqlı mütəxəssis kimi yetişməsinə geniş imkanlar açıb. Bununla yanaşı, kollecdə 2021-2022-ci tədris ilində istifadəyə verilən STEAM kabinəsi tələbələrin qazandıqları nəzəri bilikləri praktik tətbiq etmək imkanı yaradıb.
Diqqətə çatdırılıb ki, kollecdə tədrisin yüksək səviyyədə təşkili, əmək bazarına uyğun kadr hazırlığının aparılması, subbakalavrların müsabiqədənkənar yolla ali təhsil müəssisələrinə qəbulu, hami təşkilatlar tərəfindən kadrların işlə təmin olunması təhsil ocağının nüfuzunu daha da artırıb. Bunun nəticəsidir ki, beş il bundan qabaq kollecə minimum keçid balı 50-70 bal təşkil edirdisə, cari tədris ilində keçid balı 100-200 intervalında olub.
Qeyd edilib ki, muxtar respublikanın kadr potensialının formalaşmasında mühüm rol oynayan kollecdə ötən tədris ilində, ümumilikdə, 13 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilib. Muxtar respublikada sürətlə artan turizm imkanları və tələbləri nəzərə alınmaqla cari tədris ilindən isə Turizm işinin təşkili ixtisası üzrə tələbə qəbulu aparılıb, ixtisasların sayı isə 14-ə çatdırılıb. Tələbə qəbulu planı isə 200-ə qədər artırılıb.
“2022-2023-cü tədris ilində 200 qəbul plan yerinə qarşı 66-sı dövlət sifarişli, 130-u ödənişli olmaqla, 196 nəfər təhsil almaq hüququ qazanıb ki, bu da nəzərdə tutulan planın 98 faizinin yerinə yetirilməsi deməkdir. Cari tədris ilində kollecdə, ümumilikdə, 624 tələbə təhsil almaqdadır”, - deyən Rəhman Məmmədov bildirib ki, ötən tədris ilində 8 ixtisas üzrə 9 qrupda 111 tələbə məzun olub. Onlardan 16-sı kolleci fərqlənmə diplomu ilə bitirib. Kollecin təhsil keyfiyyətinin bir göstəricisi də subbakalavrların müsabiqədənkənar yolla ali təhsil müəssisələrinə qəbul olub təhsil almalarıdır. Kollecin məzunları da bu imkanlardan yararlanıb. Son 4 ildə məzunlarından 297-si ali təhsil müəssisələrinə qəbul olub.
Təhsil naziri kollecin məzunlarını ali təhsil müəssisələrinə qəbul olmaları, müəllim və tələbə kollektivini isə yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov 2021-2022-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib, qazanılan uğurlardan bəhs edib.
Kollecin Bank işi ixtisası üzrə məzunu, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisasının I kurs tələbəsi Vəfa Həsənova, Rabitə qovşaqları və kommunikasiya sistemləri ixtisası üzrə məzun, Azərbaycan Texniki Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasının I kurs tələbəsi Ramidə Qurbanlı çıxış edərək keyfiyyətli təhsil almaları, bacarıqlı kadr kimi yetişmələri üçün göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə kolleci bitirən məzunlara diplomlar təqdim olunub.
Sonra Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin 2021-2022-ci tədris ilində müxtəlif müsabiqə, bilik və idman yarışlarında əldə etdikləri nailiyyətlərdən ibarət sərgiyə baxış olub.























































