Xəbər Lenti
Dünən, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Naxçıvanda kirayədə qalan tələbələr dəm qazından zəhərləniblər
Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərləniblər.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün qeydə alınıb.
Naxçıvanda tələbə olan və kirayədə qalan 2004-cü il təvəllüdlü Şərur rayon Kərimbəyli kənd sakinləri Nərmin Kamil qızı Seyidova (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Salatın Hikmət qızı Baxşıyeva (Naxçıvan Texniki Kolleci), Şərur rayon Düdəngə kənd sakini 2006-cı il təvəllüdlü Zəhra Rüzgar qızı İmanova (Naxçıvan Texniki Kolleci) və Şərur rayon Danyeri kənd sakini 2006-cı il təvəllüdlü Sədaqət Məmməd qızı Həsənova dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.






















































