Xəbər Lenti
Dünən, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Dünən, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
28-05-2026, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 13:50
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
28-05-2026, 12:33
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
28-05-2026, 12:17
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
27-05-2026, 15:17
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
27-05-2026, 14:23
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
"Fransanın belə siyasətinin sonu yoxdur və iflasa uğrayacaq" - Deputat
(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Xəbər verdiyimiz kimi, iyulun 17-18-də Bakıda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 20-ə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə birinci qurultay keçirilib.
Qurultay iştirakçıları bəyan edib ki, Fransa müstəmləkə şəraitində yaşayan xalqlara qarşı cinayətlərin törədildiyi bir dövlətdir. Müzakirələrin yekunu olaraq Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri vahid Cəbhənin Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması barədə razılığa gəliblər. Qurultayda iştirak edən 17 Fransa və Niderland kaloniyalarının səlahiyyətli rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzalayıblar.
Bəyannamədə Azərbaycanın dekolonizasiya prosesindəki vacib rolu, habelə BTQ müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb, ölkəyə minnətdarlıq ifadə olunub. Sənəddə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilib, bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin qınanılıb.
Beləliklə, Bakıda keçirilən tədbir iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər. Bundan başqa, Cəbhənin gələcək fəaliyyətinə müstəmləkəçiliyin aradan qaldırılmasına dair strategiyanın, o cümlədən, Fəaliyyət Planının və Gündəliyinin hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edilməsi kimi məsələlər daxildir.
Qeyd edək ki, Fransa Koloniyalarının Qurultayının keçirilməsi məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərinə götürərək dekolonizasiya prosesinə verdiyi töhfələr nəticəsində mümkün olub. Bakıda baş tutan sözügedən qurultayın müstəmləkəçiliyə qarşı mübarizədə və Azərbaycan dövlətinin dünya xalqları arasında nüfuz və rolunun güclənməsində nə kimi əhəmiyyəti olacaq?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlar Bakıdakı tədbir və burada qəbul edilən qərarlar fonunda bundan sonra öz azadlıqları uğrunda mübarizədə daha ardıcıl və prinsipial olacaqlar:

"Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına sədrlik etdi. Bu dövr ərzində qaldırdığı mühüm məsələlərdən biri də neokolonializm siyasətinə qarşı mübarizə məsələsi olub. Qoşulmama Hərəkatına daxil olan ölkələrin əksəriyyəti müstəmləkəçiliyin ağır nəticələrini öz üzərlərində hiss edib və bəziləri bu gün də hiss etməkdə davam edir. Bu nöqteyi-nəzərdən Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizənin önündə yer alması dünyada böyük rəğbətlə qarşılanır. Demokratiya, insan haqlarından dəm vuran Fransa əslində neokolonializm siyasətinin əsas mərkəzinə çevrilib. Parisin Yeni Kaledoniya və Paleneziyada müstəqilliklərini tələb edən yerli xalqlara qarşı yürütdüyü təzyiq siyasəti həmin xalqların ciddi etirazlarına səbəb olub. Bütün bu reallıq fonunda Fransa əyalətlərinin müstəqillik uğrunda mübarizə aparan 20-ə yaxın siyasi partiya təmsilçiləri Bakıda toplaşaraq özlərinin birinci qurultayını keçirdilər”.
Deputat qeyd edib ki, qurultayın Bakıda baş tutması da səbəbsiz deyil. Çünki Azərbaycan döyülən, təhqir edilən, azadlığı əlindən alınan xalqların yanındadır:
"Qurultay tərəfindən bir sıra mühüm addımlar atıldı. Təşkilatlanma prosesi həyata keçirildi, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqların Vahid Cəbhəsi formalaşdı. Onlar artıq ayrı-ayrılıqda deyil, birgə mübarizə platformasını formalaşdırdılar. Bundan sonra onlar daha etibarlı şəkildə öz hüquqları uğrunda mübarizəni davam etdirəcəklər".
Deputatın fikrincə, Bakıdakı tədbir Fransa üçün də bir çağırışdır ki, özünün neokolonializm siyasətindən imtina etsin:
"Çünki bu siyasətin sonu yoxdur və o iflasa uğrayacaq. Onun bütün elementləri göz qabağındadır. Bakıdakı tədbir neokolonializmə tam olaraq aradan qaldırılmasına heç şübhəsiz mühüm töhfə verəcək. Bu təşkilatlanmış formada Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin başlanğıcıdır. Həmin mübarizənin önündə gedən xalqlar ciddi uğurlar qazanacaqlar"
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.























































